BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı növbəti dəfə videokonfrans keçirib

Tərtərin icra başçısı növbəti dəfə videokonfrans keçirib

21-08-2020, 09:46
Oxunub: 4 996 Videokonfransda hüquq-mühafizə orqanları, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin baş məsləhətçisi Pərviz Eyvazov və Tərtər Cümə Məscidinin axundu iştirak etmişdir.

Bolgexeber.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon rəhbəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən tapşırıqların icra vəziyyəti, koronavirus pandemiyası ilə bağlı rayonda aparılan mübarizə tədbirlərindən, rayon ərazisində ən çox yoluxma qeydə alınan yaşayış məntəqələrindən, bugünədək 86 nəfərin virusa yoluxmasından rayon rəhbəri kimi çox narahat olmasından, bunun üçün əhali arasında mobil qruplar tərəfindən maarifləndirmə tədbirlərinin gücləndirilməsindən, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərar və göstərişlərinə ciddi surətdə əməl olunmasından, bu vəzifələrin yerinə yetirilməsində icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, ümumiyyətlə, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən danışdı.

Məhərrəmlik ayının girməsi ilə bağlı əhalinin dini mərasimlərə toplaşmasının qadağan olunduğunu bildirdi.

Qeyd olundu ki, xəstəliyin qarşısının alınmasında düzgün maarifləndirmə böyük rol oynayır. Hər kəs bilməlidir ki, yas, toy, nişan, ad günü və digər kütləvi tədbirlər qəti surətdə qadağandır.

İclas iştirakçılarına dezinfeksiya tədbirlərini diqqətdə saxlamaq, sərnişindaşıma ilə bağlı avtobuslarda sərnişinlərin, sürücülərin qoruyucu maskadan istifadə etmələrinə nəzarəti gücləndirmək, mütəmadi sirətdə reydlər keçirilməsi tapşırıldı.

Qeyd olundu ki, hər kəs ayıq-sayıq olmalıdır. Unutmamalıyıq ki, Tərtər rayonu strateji əhəmiyyətli rayondur, hər an düşmən təxribatı ilə rastlaşa bilərik.

Sonra müzakirə edilən məsələlər barədə rayon Prokuroru Şıxəli Alməmmədov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin baş məsləhətçisi Pərviz Eyvazov, Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, Xoruzlu kənd İƏD üzrə nümayəndənin müavini Məzahir Mahmudov, Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva, Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Qaynaq kənd İƏD üzrə nümayəndənin müavini Kamil Abdullayev, Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev, Dəmiçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov, Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin rayon şöbəsinin baş məsləhətçisi Möhlət Nəzərov və başqaları çıxış etdilər.

Rayon rəhbəri icra nümayəndələrinə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, bələdiyyə və icra nümayəndələrinin birgə iş fəaliyyəti, şəhər və kənd ərazilərinin dezinfeksiya olunması, təmiz saxlanması, Məhərrəmlik ayında inanc yerlərində dini mərasimlərin keçirilməsinin qarşısının alınması ilə bağlı tapşırıqlar verdi.

Qeyd olundu ki, inanc yerləri olan kədlər, məscidlər nəzarətə götürülməli, Nazirlər Kabinetinin qərar və tövsiyələrinə ciddi əməl olunmalıdır, Məscidlərə, inanc yerlərinə getmək əvəzinə keçirilən qanvermə aksiyalarında, sosial durumu aşağı olan insanlara kömək etmək, elə Allah yolunda edilən ən böyük cihaddır.

Bu gün insanların sağlamlıqları hər şeydən önəmlidir. Bunun üçün də müzakirə edilən məsələlər diqqət mərkəzində saxlanılmalıdır.