Şəmkirin icra başçısı vəzifələri və torpaq sahələrini satır?
3-06-2013, 12:40
Oxunub: 5 828
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun rayonda yaratdığı sosial iqtisadi mühit sosial etirazlara səbəb ola bilər
Bu barədə Şəmkirdən daxil olan məlumatda bildirilir ki, icra başçısı öz mənfəəti üçün rayonda hərrac yaradıb. Bu hərracda isə rayon sakinlərinin hüquqları birbaşa pozulur.
Şəmkir sakinlərinin yolladığı müracətdə bildirilir ki, Çinarlı kənd bələdiyyəsinin sədri Zeynalabdin Zeynalov Əsəd adlı bir qohumuna Şəmkir çayının yaxınlığında Şəmkirin Yeni Həyat və Çinarlı kəndləri arasındakı ərazini satıb. Həmin ərazi barədə isə sərəncamı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov imzalayıb. Əsəd isə çayın qarşısını kəsərək burda özünə təmtəraqlı restoran inşa edib. Hazırda isə ərazidə yaşayan sakinlər sudan ciddi korluq çəkirlər. Belə ki, sakinlərin şikayətinə belə baxan yoxdur.
Şikayətçilər pia.az bildirirlər ki, Çinarlı kənd bələdiyyəsinin sədri Zeynalabdin Zeynalov və onun qohumu Əsəd hər yerdə açıq şəkildə bildirirlər ki, həmin ərazini almaq və çayın qabağını kəsmək üçün icazəyə görə icra başçısna 500 min manat veriblər. İddia olunur ki, pulu başçıya Zeynalabdin Zeynalov şəçsən çatdırıb və bundan sonra çayın qarşısı kəsilib. Elə ona görə də ərazidə yaşayan vətəndaşlar göyə də müraciət etsələr xeyri yoxdur. Hər halda Zeynalovların verdikləri yarım milyonu geri qaytarmaq kimi bir zərurəti var.
Şikayətçilər onu da qeyd edirlər ki, qarşıdan yay ayları gəldiyinə görə onların suya olan ehtiyacları da artıb. Digər tərəfdən çayın qabağının kəsilməsi bölgədə ekosistemində pozulmasına yol açacaq.
Aldığımız başqa bir məlumatda isə bildirilir ki, Nazim Veysov bələdiyyələrə əsasən öz qohumlarını və yaxın adamlarını təyin etdirib. Onların əli ilə bütün məhsuldar torpaqlar ələ keçirilir, digər tərəfdən isə Şəmkirin turistik zonalarında torpaqlar saxta sənədlərlə Ukrayna, Rusiya vətəndaşlarına, həmçinin Azərbaycanın digər ərazilərindən gələn adamlara satılır. Bütün bu biznesin başında isə birbaşa icra başçısı özü dayanır.
Qarşı tərəfyin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər