Şamaxıda məktəb direktoru təhsil ocağını şəxsi əmlakı sayır
4-06-2013, 14:45
Oxunub: 11 143
Bolgexeber.com –un redaksiyasına Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllimləri tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış ,surəti bir sıra dövlət qurumlarına göndərilmiş şikayət məktubu daxil olmişdur.
Məktubu olduğu kimi oxuculara təqdim edirik:
"Azərbaycan Respublikasının Təhsil Naziri
cənab Mikayıl Cabbarova
Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllimləri tərəfindən
Ərizə
Çox hörmətli Mikayıl müəllim,bu ərizəni sizə onlarla müəllim adından yazırıq. Biz sizə hal-hazırda Şamaxı şəhər 6 saylı tam orta məktəbin direktoru işləyən Rəhimzadə Xanlar Xəlil oğlunun qanunsuz fəaliyyətindən yazmaq istəyirik. 2011-ci ildə sabiq icra başçısı Asif Məmmədov icra başçısı postuna gəldikdən sonra Şamaxı Rayon Təhsil Şöbəsinin müdirini və şəhər 5 saylı tam orta məktəbin direktorunu işdən azad etdi.İlk əvvəl hamımız buna sevinərək təhsilimizin düzələcəyini düşündük.Qeyd edək ki, Cəmo Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbin uzun illər direktoru işləyən Rəhimzadə Xanlar 2002-ci ildən 2011-ci ilə qədər məktəbi öz şəxsi əmlakı kimi idarə edərək, istədiyi kimi hərəkət edib. O, özü ilə eyni vaxtda işdən azad olunan təhsil şöbəsinin keçmiş müdiri Viktor Əliyevə arxayın olaraq bunları edirdi. O, Viktor Əliyevlə çox yaxın münasibətdə idi. Onun elədiyi qanunsuz hərəkətləri saymaqla qutarmaz.Xanlar Rəhimzadə Cəmo Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbə verilən dövlət əmlakını satıb əldə olunan pulu mənimsəyirdi.Hər ay müəllimlərdən məcburi olaraq dərs saatlarına uyğun olaraq 10, 20, 30 manat və daha artıq pul alırdı.O, heç kimdən qorxmadığını bildirərək istədiyi hərəkəti edirdi. Müəllimlər şikayət etdikdə isə Viktor Əliyev onu müdafiə edirdi. Bundan əlavə, Xanlar Rəhimzadə 5-6 texniki işçinin adını əmrləşdirərək pulunu özü götürürdü. Ən acınacaqlısı isə odur ki, o, bir neçə ali və orta ixtisas təhsilli müəllimlərin adlarını özlərindən xəbərsiz xadimə və qarovulçu işlərinə yazaraq pulunu özü alırdı. Bunlardan əlavə o bir neçə xəstə yataqda olan müəllimin adına dərs yazaraq bir neçə il pulunu almışdır.Həmçinin bu şəxs məktəbin komputer sinfini hər gün dərsdən sonra internet kluba çevirərək özü üçün pul qazanmışdır.Bu işlərdə ona həmin məktəbdə coğrafiya müəllimi işləyən həyat yoldaşı Xatirə Rəhimzadə kömək edirdi. Həmçinin Xanlar Rəhimzadə müəllim adına yaraşmayan hərəkətlər edir, aylıq pulunu dediyindən az verən müəllimləri təhqir edir və söyürdü. İcra başçısı da onu bu kimi şikayətlərə görə işdən azad etdi.Sonra Xanlar Rəhimzadə həmin məktəbdə 12 saat dərslə müəllim kimi qaldı. Amma bircə dəfə də olsun gəlib dərsini deməyib. Dəfələrlə məktəb rəhbərliyinin xəbərdarlığına baxmayaraq, 2-3 ay üzürsüz səbəbdən dərsə gəlməyib. Ona görə də məktəb rəhbərliyi və həmkarlar təşkilatının birgə iştirakı ilə bir neçə aktlar tərtib edilib.Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" və 72-ci maddəsinin "A" bəndinə əsasən o, müəllimlikdəndə azad edilib. Aydın məsələdir ki, bu maddə ilə işdən azad edilən şəxs heç bir işə düzələ bilməz. Lakin bizi narahat edən məsələ ondadır ki, Xanlar Rəhimzadə heç bir il keçməmiş15 sentyabr 2012-ci il tarixdə Şamaxıda yerləşən 6 saylı tam orta məktəbə direktor təyin edilməsidir. Xanlar Rəhimzadəni işdən azad edən icra başçısı və keçmiş təhsil naziri yenidən ondan külli miqdarda pul alaraq məktəb direktoru təyin etdilər. Xanlar Rəhimzadəni yol verdiyi ciddi nöqsanlar səbəbindən işdən kənarlaşdıran icra başçısının qısa müddətdən sonra ona qarşı münasibətinin dəyişməsi bizə qaranlıq qaldı.Bizə maraqlıdır ki, onu işdən azad edən icra başçısının qısa müddətdə ona qarşı münasibəti necə oldu ki, müsbət mənada dəyişdi? Rayonda cavan və savadlı şəxslər ola-ola məcbur idilərmi ki, yenidən belə bir şəxsi direktor təyin etsinlər?Bununla bağlı bütün orqanlara dəfələrlə şikayət etməyimizə baxmayaraq, heç bir xeyri olmayıb.Çünki sonda icra başçısı Xanlar Rəhimzadəni müdafiə edib Axı, necə olur ki, Əmək Məcəlləsinin müvafiq maddəsilə işdən çıxan, dövlətin əmlakını talayan, təhsilimizi pis vəziyyətə qoyan bir şəxs mükafatlandırılaraq məktəb direktoru qoyulur?Cənab nazir,Xanlar Rəhimzadə hal-hazırdada işlədiyi 6 saylı tam orta məktəbdədə qanunsuz işlərini davam etdirir.O işlədiyi məktəbdədə müəllimlərdən hər ay qanunsuz olaraq aylıq pul alır. Pul verməyən müəllimlər isə təzyiqlərə məruz qalır.Məktəbdə təhsilin vəziyyəti çox aşağı səviyyədədi. Bu şəxsin kollektiv arasında heç bir hörməti yoxdur .Eləcədə o Şamaxı Avropa liseyində coğrafiya müəllimi işləyən həyat yoldaşı Xatirə Rəhimzadənin adına özünün direktor işlədiyi məktəbdə dərs yazaraq,pulunu alır.Amma Xatirə Rəhimzadə bircə dəfədə olsun 6 saylı məktəbə getmədiyini hamı təsdiqləyər. Biz rayon sakinləri - valideynlər, müəllimlər, ziyalılar təhsilimizə və uşaqlarımızın gələcək taleyinə görə bu hadisədən çox narahat olurduq. Amma 2013-ci ilin fevral ayında icra başçısı işdən azad olunandan sonra yeni başçıya ümidlərimiz çox oldu.Biz inanırdıq ki,yeni başçı Xanlar Rəhimzadəni işdən azad edər.Amma tam əksinə oldu,başçı onu müdafiə edərək,onun qanunsuz fəaliyyət göstərməsinə göz yumdu.Bizi narahat edən əsas səbəb odur ki,nə üçün icra başçısı belə bir insanın işini davam etdirməsinə şərait yaratdı. Biz təhsilə ləkə olan,rüşvətxor,səviyyəsiz bir şəxsin böyük bir şəhər məktəbinə direktor təyin edilməsi bizləri çox narahat edir.Aydın məsələdir ki,onun direktor təyin edilməsi sabiq icra başçısının səhfi idi,amma niyə görə yeni icra başçısı Asif Ağayev bu şəxsin işdən azad edilməsində maraqlı deyil.Eləcədə bu şəxs təhsil nazirliyində adamının olduğunu deyərək heç kimdən qorxmadığını deyir.Hal-hazırda isə çalışırki,məhkəmə yoluyla maddə ilə işdən azad olunmaq ləkəsini üzərindən götürsün.O əvvəl işlədiyi şəhər 5 saylı,hal-hazırda Şamaxı Avropa liseyinin tədris işləri üzrə direktor müavini işləyən Zərifə Babayevanı Şamaxı rayon məhkəməsinə verərək,guya qanunsuz işdən azad olunduğunu və üzərindəki maddəni ləğv etmək istəyir.Bizi qəzəbləndirən əsas bu hadisə oldu,çünki uzun illər məktəbi öz əmlakı kimi yeyib dağıdan,rayonun təhsilinə ciddi ziyan vuran şəxs bir məhkəmə qərarı ilə özünü təmizə çıxartmaq istəməsidir.Uzun illər onunla müavin işlədiyini nəzərə alsaq Zərifə Babayevanında neçə illərdəki ciddi faktları məhkəməyə təqdim edəcəyinə inanırıq.Şamaxı Rayon məhkəməsinin hakimi Təranə xanımın isə ədalətli hakim olduğunu bildiyimiz üçün ümid edirik ki,obyektiv qərar çıxardaraq Xanlar Rəhimzadə kimi cinayətkarın əməllərinə son qoyacaq. Cənab nazir,bizim ümidimiz sizədir.Biz sizin savadlı və gənc olmağınızdan ruhlanaraq inanırıqki,siz rayonumuzun təhsilinə ləkə olan bir şəxsin işdən azad olunmasına sərəncam verəcəksiniz.Hörmətli Mikayıl müəllim,yazdıqlarımızın hamısının eləcədə Xanlar Rəhimzadənin işlədiyi hər iki məktəbin sənədlərinin araşdırılmasına sərəncam verməyinizi sizdən artıq dərəcədə yüzlərlə Şamaxı ziyalıları adından xahiş edirik.Çünki,düzgün araşdırılsa yazdıqlarımızın hamısının düzgün olduğunun şahidi olacaqsız.İmzalarımızı qoymamağımızın səbəbi isə odur ki,bizlərə rayon icra hakimiyyəti tərəfindən təzyiqlər olur.Cənab nazir sizə əvvəlcədən təşəkkür edirik.Sizlərdən də bu yazını öz saytınızda ictimailəşdrilməsini xahiş edirik”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər