BolgeXeber.Com » Bölgə » Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir

Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir

8-09-2020, 16:30
Oxunub: 8 836 Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Bu barədə  yerli RİH-dən verilən məlumatda deyilir.