BolgeXeber.Com » Bölgə » Salyan Suvarma Sistemləri İdarəsində korrupsiyaya halları yoxlanılancaq
Salyan Suvarma Sistemləri İdarəsində korrupsiyaya halları yoxlanılancaq
5-06-2013, 11:00
Oxunub: 6 709
1994-2011-ci illər fəaliyyət dövrü yoxlanıla bilər.
Respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri nəinki hazırkı rəhbər şəxsləri, bir neçə il bundan qabaq işləmiş hazırda vəzifəsi olmayan şəxsləri də əhatə edəcəkdir.
Redaksiyamıza bu barədə daxil olan məlumatlardan belə aydın olub ki, Maliyyə Nazirliyi həmdə Hesablama Palatasının apardığı yoxlamaların rəyinə görə 2-3 il bundan əvvəl işdən çıxmış şəxslərin dövründə dövlət vəsaitinin mənimsənilməsi onların dövrünə təsadüf edibsə, məsuliyyətdən kənarda qala bilməzlər. Belə tendensiyaya qarşılıq verilməməsi cəzasızlıq mühiti yaradar. Nəticədə, istənilən şəxs 4-5 il vəzifədə çalışıb yoxlama müddəti yaxınlaşanda müxtəlif bəhanələrlə işindən uzaqlaşıb, məsuliyyətdən kənarda qalar. Bu istiqamətdə qanunlara dəyişiklik edilməsi istisna olunmur. Fəaliyyətləri şübhə doğuran bir çox səhiyyə, təhsil hətta Meliorasiya və Su Təsəruffatı- ASC bəzi idarələrində yoxlamalar aparıla bilər.
Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, bu istiqamətdə məlum siyahı da tutulub. Qeyd etdiyimiz kimi, səhiyyə, təhsil müəssisələri ilə yanaşı Meliorasiya və Su Təsəruffatı ASC-yə tabe Salyan rayon Suvarma Sistemləri İdarəsi də var. 1994-2011-ci illər dövrünü əhatə etmiş tarixdə Suvarma Sistemləri idarəsində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinin baş verdiyi bildirilir. O dövr idarəyə rəhbərlik etmiş Feyzulla Rzayev müxtəlif əməliyyatlar həyata keçirərək hidrotexniki qurğuları şişirdilmiş qiymətlərlə rəsmləşdirib. Nəticədə idarənin iqtisadi dayanıqlığı çöküb.Hətta külli miqdarda yanacaq mənimsənilməsi ehtimal olunur. İdarənin talanması özünü yanacaq israfçılığında pis bir formada göstərib. Amma rayonda suvarma suyu olmayıb. Rayon sakinləri Prezident Aparatına suvarma suyunun olmaması ilə bağlı yüzlərlə məktub ünvanlayıblar. Acınacaqlı bir vəziyyət yaranıb. Sonda Feyzulla Rzayevdən olunan şikayətlər, onun yaratdığı narazılıq hazırkı RİHB-sı Tahir Kərimova problemlər yaradıb. Nəticədə, başçı Meliorasiya və Su Təsərüffatı ASC qarşısında məsələ qaldıraraq, Feyzulla Rzayevi tutduğu vəzifədən azad edib. Feyzulla Rzayev vəzifədən getməsinə bir şərtlə razı olub ki, yerinə qardaşı oğlu Rzayev Qurbanı təyin etsinlər. Bununlada rayon rəhbərliyi razılaşmayıb. Feyzulla Rzayev bundan sonra Tahir Kərimovdan narazı olan bəzi vəzifəpərəstləri başına yığaraq icra başçısına təzyiq metodu seçib. Və bu hazırda da davam edir. S.S.İ-yə yeni təyinatdan bir neçə ay sonra suvarma suyuna olan tələbat 40-50 faiz yaxşılaşıb. Rzayevin köməyinə Kollektor İdarəsinin rəisi Bulat müəllim gəlib. Beləki, o Feyzulla müəllimin İcra Hakimiyyətindən işdən çıxardılan qardaşı oğlu Qurban Rzayevi idarəyə baş mühəndis vəzifəsinə işə götürüb. Bütün bunlar arxada qaldığı zaman kəsiyindən sonra Feyzulla Rzayevin Suvarma Sistemləri İdarəsinə rəhbərlik dövrü yoxlama təhlükəsi ilə üz-üzə qalıb.Onu da əlavə edək ki, yazılan yazı ilə bağlı əlavə məlumat alsaq sizləri məlumatlandıracağıq. Məlum yazı ilə bağlı Feyzulla Rzayevlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər