BolgeXeber.Com » Bölgə » Generaldan yeni çağırış metodu

Generaldan yeni çağırış metodu

6-06-2013, 16:55
Oxunub: 5 174 Bu məlumatı Lənkəran çağırışçılarından biri verib. Xəyyam Məlikov adlı gəncin bildirdiyinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər-rayon idarəsi hərbi xidmətə gedəcək yerli gəncləri tibbi müayinədən keçmək üçün aidiyyəti üzrə yox,... Uşaq Xəstəxanasına göndərir. Çağırışçılar orada əsasən uşaq həkimləri tərəfindən yoxlanılır və onlara hərbi xidmətə yararlı olub-olmamaları ilə bağlı rəy verilir.

Maraqlıdır ki, son dövrlər Respublika Hərbi Komissarlığının yerinə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona bəslənilən ümidləri doğrultmayan addımları ilə yadda qalır. Qurumun rəhbəri, general-leytenant Arzu Rəhimov isə bu neqativ halları sanki görmür.

Haqqında danışılan Lənkəran Uşaq Xəstəxanasındakı yoxlama ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nə mərkəzi, nə də yerli qurumundan açıqlama almaq mümkün olmadı. “Biz telefonla sualları cavablandırmırıq, yazılı sorğu göndərin” deməklə işini bitmiş hesab edən yetkililər yəqin ki, bu əcaib mənzərəyə də aydınlıq gətirəcəklər. Ölkədə bu qədər tibb ocaqları, xəstəxana və diaqnostika mərkəzləri olduğu halda gənclərin uşaq xəstəxanalarında yoxlamadan keçirilməsi qurumun fəaliyyətindəki ciddi catışmazlıqdan xəbər verir. Çünki dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sektoruna külli miqdarda vəsait ayrılır və həmin vəsait həm də gənclərin sağlam şəkildə ordu sıralarına göndərilməsini təmin etmək üçün nəzərdə tutulur. Biz isə Lənkərandakı biabırçı faktın timsalında tam başqa mənzərənin şahidi oluruq
Tia.az