BolgeXeber.Com » Bölgə » Ucarda evdə müəmmalı yanğın oldu - Video

Ucarda evdə müəmmalı yanğın oldu - Video

22-09-2020, 11:22
Oxunub: 4 226 Ucarda müəmmalı yanğın hadisəsi ailə üzvilərini təşvişə salıb.
”Report” xəbər verir ki, hadisə rayonun Rəstəcə kənd sakini Qasım Qıdirova məxsus otaqlı fərdi yaşayış evində baş verib. Ev sahibinin sözlərinə görə, təqribən 20 gündən çoxdur ki,müxtəlif vaxtlarda evdəki əşyalar anidən alovlanır. Dərhal ailə üzləri tərəfindən yanğın söndürülsədə hadisə zamanı yanan əşyalar yararsız hala düşür
Qasım Qədirov deyir ki, baş verən naməlum yanğın hadisəsi zamanı yalnız evdəki əşyalar alovlanır. Bir neçə dəfə baş verən yanğın zamanı evin evdə olan əşyalarının bir neçəsi yararsız hala düşüb
Ev sahibi evdəki əşyaların tamamilə yanmamasından ehtiyyat edir. Bu səbəbdəndə evdə olan iki ailəyə məxsus olan bütün əşyalar evdən çıxarılaraq həyətdə təhlükəsiz yerə köçürülüb. Hazirda ailə üzvləri baş verən naməlum yanğın hadisəsindən qorxduqları üçün gecələri qohumlarının evində keçirməyə məcbur qalıb.
Qeyd edək ki, baş verən hadisə zamanı yanğının birində Ucar dövlət yanğından mühafizə hissəsinədə müraciət ediliib. Yanğın söndürənlərin köməkliyi ilə hadisənin qarşısı alınılb.