BolgeXeber.Com » Bölgə » Ağsunun icra başçısı əhalinin könlünü almağa çalışır

Ağsunun icra başçısı əhalinin könlünü almağa çalışır

7-06-2013, 11:00
Oxunub: 5 746 Ənvər Seyidəliyev rayon sakinlərinin könlünü almaq üçün onlarla görüşmək istəyib, amma rədd cavabı alıb

Ağsu rayonunda vəziyyət getdikcə kritik şəkil alır. Verilən məlumata görə, rayonda sülalə hakimiyyəti yaratmış icra başçısı Ənvər Seyidəliyevdən narazı olan sakinlər artıq ona etiraz etməyə başlayıblar.

Məlumatlarda bildirilir ki, Ağsuda etiraz aksiyaları hər an başlaya bilər. Seyidəliyevin bütün gəlirli sahələri ələ keçirməsi və vəzifələri yalnış qohum-əqrabasına paylaması ilə yanaşı, insanların ağır maddi böhran içində yaşaması bu narazılığı daha da körükləyib. Elə bu səbəbdəndir ki, sözügedən rayonda durumun kritik olduğu bildirilir.

Daxil olan məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətin ağırlığını görərək, əhalinin könülünü almağa çalışır. Bu məqsədlə o, kəndlərdə əhali ilə görüşlər keçirərək, onların problemlərini dinləmək niyyətinə düşüb. Amma planı işə yaramayıb. Qeyd olunur ki, Seyidəliyev ötən gün bir neçə kəndə səfər edərək, orada görüş keçirmək istəyib. Amma üz tutduğu kəndlərin camaatı onunla görüşə gəlməkdən imtina ediblər. Hətta yerli icra nümayəndələri öz yaxın qohum-əqrabasını belə görüşə gətirə bilməyib.
Jam.az