BolgeXeber.Com » Bölgə » Nazirin qardaşı olan icra başçısından biabırçı hərəkət

Nazirin qardaşı olan icra başçısından biabırçı hərəkət

11-06-2013, 11:45
Oxunub: 5 224 Şirvanın icra başçısı Mərdan Camalov parkların tikintisində qadın və uşaqlardan fəhlə kimi istifadə olunmasına dair göstəriş verib

Şirvan şəhərində yerli İcra Hakimiyyəti biabırçı hərəkətə imza atıb. Biabırçılığa səbəb isə Şirvan Şəhər İcra Hakimiyyətinin tikinti işlərində qadın və uşaqlardan işçi kimi istifadə olunmasıdır. Bu barədə Müsavat Partiyasının şəhər təşkilatından məlumat verilib.
Məlumatda deyilir ki, «Regionların İnkişaf Proqramı» çərçivəsində Şirvan şəhərinə 2 milyon manat vəsait ayrılıb. Həmin pulların lazımi istiqamətdə sərf olunmadığını bildirən təşkilat nümayəndələri qeyd edirlər ki, İcra Hakimiyyətindən verilən göstərişə əsasən şəhərdə tikilən parklara əlavə işçi qüvvəsi cəlb olunmağa başlayıb və onlar da uşaqlar və qadınlardan ibarətdir. «Zərifə Əliyeva adına parkın təmirində ucuz işçi qüvvəsi kimi uşaqlardan və qadınlardan istifadə olunur. Şəhər İcra Hakimiyyəti fəhlələrə əlavə pul verməmək üçün qum dolu yük maşınlarının boşaldılmasında qadınlardan istifadə edir. Dəqiqləşdirməmiz zamanı məlum olub ki, dövlət idarələri və məktəb binalarının təmiz saxlanılması üçün məsul olan xanımlar prosesə cəlb edilir. Bu rəzillikdir»