BolgeXeber.Com » Bölgə » Sumqayıtda fövqəladə vəziyyət?

Sumqayıtda fövqəladə vəziyyət?

20-06-2013, 16:20
Oxunub: 4 939 Şəhərdə mitinq narahatlığı yaşanır, polis xüsusi hazırlıq rejiminə keçib

Ölkənin iri şəhərlərindən biri olan Sumqayıtda fövqəladə vəziyyət yaşanır. Bolgexeber.com sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhər polisi xüsusi hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda, mitinqləri dağıtmaq üçün istifadə olunan suvuran maşınlar da küçələrə çıxarılıb.
Məlumatda vurğulanır ki, polisin bu şəkildə hərəkətlənməsinin dəqiq səbəbi məlum deyil. Hərəkətlilikdən belə məlum olur ki, şəhərdə mitinq keçirilməsi gözlənilir. Elə Sumqayıtda gəzən söhbətlərdən də belə məlum olur ki, olay mitinqlə bağlıdır. Amma mitinqin kimlər tərəfindən və harada keçirildiyi barədə heç bir məlumat yoxdur. Bilinən yalnız odur ki, suvuran maşınlar və polis əsasən şəhərdəki mərkəzi bazarın ətrafına cəmləşdirilir.