BolgeXeber.Com » Bölgə » Salyan İcra Hakimiyyəti böhtançını təkzib etdi – “O şəxs təxribatçıdır”
Salyan İcra Hakimiyyəti böhtançını təkzib etdi – “O şəxs təxribatçıdır”
19-11-2020, 16:30
Oxunub: 4 995
Salyan İH-dən Bolgexeber.com-a açıqlama daxil olub.
Açıqlamada deyilir:
“Sosial şəbəkə və internet resuslarında Salyan rayon icra hakimiyyəti ilə bağlı yalan məlumatlar və videoçarx yer alıb.
Video sahibinin iddiasında deyilir ki, Salyan icra hakimiyyəti əsgər ailəsindən üz çevirib, ailə evinin kirayə haqqın verə bilmir, rayon rəsmiləri də buna göz yumur. Qeyd edək ki, məlumatı yayan şəxs özü çəkdiyi videoda həm adını həm də əsgər ailəsin kimliyini demir. Daha sonra video sahibi guya əsgər ailəsini ziyarət etdiyini və bununla bağlı icra hakimiyyətinə zəng vursada haqsızlıqla qarşılandığını iddia edib.
Salyan rayon İcra hakimiyyətinin belə məlumatları qəti şəkildə pisləyir. Və bildirir ki, icra başçısı Salyana təyin olunduğu gündən şəhər sakinlərinin bütün problemlərinin həllində maraqlı olub, əhaliyə mütamadi qəbullar keçirib. Hər zaman Şəhid Ailələri, Əlillər eləcədə Əsgər valideynləri xüsusi diqqətdə saxlanılıb. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi dövründə də icra başçısı və rayonun bütün vəzifəli şəxsləri Şəhid və Əsgər ailələrini mütamadə ziyarət edib, problemlər və çatışmazlıqlar dərhal yerində həll olunub.Və bundan sonra da Ali Baş Komandanımızın siyasətinə sadiq qalaraq, hər bir rayon sakininin, eləcədə Əlillərin, Əsgər və Şəhid ailələrinin yanında olacaq, dərdi – dərdimiz hesab edilib, ediləcəkdir.
Bildiririk ki, bu gün belə qarayaxma kompaniyaları kimlər tərəfindən paylaşdığı bizə məlumdur. Bu cür yüngül üsullarla, Azərbaycan Əsgəri üzərində yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyənlər təxribatçıdır. Tərəfimizdən böhtana yol vermiş şərhçilər və şanrajçılar barəsində hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər