Sumqayıtda fəhlələr ayağa qalxdılar
22-06-2013, 18:30
Oxunub: 5 266
Bu gün saat 11-dən 15.00-dək 20-yə yaxın fəhlə Bakı-Sumqayıt magistral yolunun yaxınlığında yerləşən «Euroinşaat» politra boya şirkətinin binası qarşısında aksiya keçirib. Fəhlələrin etirazına səbəb şirkətdən əmək haqlarını ala bilməmələri olub. Aksiya iştirakçılarının qəzetimizə verdiyi məlumata görə, onlar 2 aya yaxındır ki, «Euroinşaat» politra boya şirkəti üçün çalışıblar. Və bu müddət ərzində şirkətin sifarişi ilə onlar sahəsi 1000 kvadrat metr olan bir mərtəbəli, gələcəkdə anbar kimi istifadəsi nəzərdə tutulan obyektin tiktintisi ilə məşğul olublar. Artıq tikintinin 15 gündür ki, təhvil verilməsinə baxmayaraq fəhlələr və ustalar onlara olan borcu şirkətdən ala bilmirlər. Yaranan problemi müzakirə etmək üçün onlar ötən müddət ərzində şirkətin rəhbəri Bahadır Bəşirovla görüşmək istəsələr də bu baş tutmayıb. Əvəzində fəhlələrlə təmasa çıxan Natiq adlı prorab şirkətin borclarını qapadacağına söz verir. Amma aksiya iştirakçıları bu şəxsin heç bir səlahiyyət sahibi olmaması üzündən onun vədlərinə inanmırlar. Aksiyanın sonunda şirkət borcun qapadılması üçün aksiya iştirakçılarından iyunun 25-nə qədər möhlət istəyib.
Şirkətin keçmiş işçilərinə olan borclarına gəlincə isə verilməli pulun miqdarı müxtəlifdir. Bəzilərində bu məbləğ 15-30 manat arası olsa da, digərlərində 300 manata qədər çatır. Bizə verilən məlumata görə çalışanlara ümumi borcun miqdarı 4000 manata yaxındır.
Baş verənlərlə bağlı şirkət rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər