Qazax İH başçısından Ali Baş Komandanın əsgərinə sayğısızlıq (FOTO)
30-11-2020, 14:21
Oxunub: 1 000
"Oğlum Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonunun icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır".
Bunu İkinci Qarabağ müharibəsinin döyüşçüsü Kənan Musayevin anası Məmmədova Məhəbbət Seyfəddin qızı sosial şəbəkədə yazıb. Döyüşçü anası bildirib ki, oğlu Musayev Kənan 08.01.2020-ci ildə hərbi xidmətə yollanıb:
" 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək, deyib, bizi sola saldılar. Amma hələ bir xəbər yoxdur".
Məsələ ilə əlaqədar olaraq Qazax rayon İcra Hakimiyyəti başçısının köməkçisi Süleyman Axundovla əlaqə saxladıq. Süleyman Axundov problemi eşidər-eşitməz dəstəyi üzümüzə qapatdı.
Süleyman Axundovun hörmətsizliyindən sonra İcra Hakimiyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Gülaya Həsənovaya zəng etdik. Gülaya Həsənov isə hər zəngimizdə "Mən sizi eşitmirəm" deməklə kifayətləndi.
Bahar Rüstəmli
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 13:23 : Prezident yeni nazir təyin etdi-FOTO
Gündəm
- Dünən, 12:56 : Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
Müsahibə-Reportaj