Yuxarıdan icra başçısına xəbərdarlıq
25-06-2013, 15:40
Oxunub: 4 780
Son zamanlar barəsində «yuxarılara» ardı-arası kəsilməyən şikayətlər ünvanlanan Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynova Prezident Administrasiyasından barmaq silkələnib. Bu barədə hökumət içindəki mənbə xəbər verib.
Qaynağın dia.az-a bildirdiklərindən belə aydın olur ki, icra başçısına qarşıdan prezident seçkilərinin gəlməsi ciddi şəkildə xatırladılıb.
Mənbənin söylədikləri: «Eyvaz Hüseynovun adı bir çox qalmaqallarda hallandırılır. Hətta iddia olunur ki, icra başçısı rayona dövlət büdcəsindən ayrılan vəsaiti şəxsi əyləncəsinin təşkilinə xərcləyir. Hətta bildirilir ki, onun başı eyş-işrətə elə qarışıb ki, hətta bu günlərdə dövlət tədbirlərinin birində iştirak da edə bilməyib».
Mənbəmiz iddia edir ki, Eyvaz Hüseynov Ramiz Mehdiyevin bir müddət əvvəl icra başçıları ilə görüşündə iştirak edə bilməyib. «Həmin vaxtı o, kef məclisində olub» deyən qaynağın sözlərinə görə, məhz buk imi səbəblərdən icra başçısına xəbərdarlıq edilib: «Onun nəzərinə çatdırılıb ki, seçki ilində Xocavənd sakinləri ilə bağlı problem yaranarsa, həm vəzifəsini, həm də azadlığını itirə bilər. Çünki artıq hədəfdədir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər