Şirvanda COVİD-19-la mübarizə məqsədilə reydlər davam edir-FOTO
16-12-2020, 22:33
Oxunub: 608
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Şirvan şəhərində gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq reydlər həyata keçirilir. Növbəti reyd zamanı gün ərzində ümumilikdə 176 olmaqla, 145 ticarət, 25 bərbərxana və gözəllik salonu, 26 digər obyektlər, 5 yas mərasiminə nəzarət edilib. Reydlər zamanı 131 nəfər vətəndaşa cərimə tətbiq edilib.
Reyd zamanı obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, dəfn mərasimləri də daxil olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalıyıq.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Dekabrın 14-dən 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Bolgexeber.com


Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət