Şirvan Milli Parkı yanıb
27-06-2013, 20:25
Oxunub: 4 681
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə yanğın "Salyan Oil" şirkətinə məxsus neft daşıyan avtomobilin yaxınlıqdan keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edib.
Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.
Ayrı-ayrı yerlərdə xırda alovların tam söndürülməsi üçün tədbirlər görülür
Şirvan Milli Parkında baş verən yanğın lokallaşdırılıb. Apa-nın məlumatına görə, yanğının qarşısı alınıb, ayrı-ayrı yerlərdə xırda alovların tam söndürülməsi üçün tədbirlər görülür.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürənləri, habelə helikopter cəlb olunub.
Bolgexeber.com-un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər