Şirvan şəhərində şəhid ailələri mütəmadi olaraq ziyarət edilir-FOTO
31-12-2020, 10:37
Oxunub: 7 170
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, Şirvan Şəhər Bələdiyyəsinin sədri və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, onlar əsil tarix yazdılar, Siz sağ olun ki, belə məğrur övladlar böyüdüb, boya-başa çatdırmısınız. Bilirsiniz ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dövlət siyasətin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyətə gələndən sonra şəhid ailələrinin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul olunmasını təmin etmişdir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və sıravi vətəndaş üçün örnəkdir. Şəhid ailələrinin mənzillə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin, torpaq sahələrinin, müavinət, pensiya və Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı atılan addımlar dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Bu siyasətin davamı olaraq, Şirvan şəhərində də şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub, ailələrinə hörmət və ehtiram göstərilib, şəhidlərin məzarları vaxtaşırı ziyarət edilib, şəhid ailələrinin sosial problemlərinin vaxtında həlli olunması istiqamətində lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir. Belə ki, 2020-ci il ərzində şəhər İcra Hakimiyyəti tərəfindən I Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, aztəminatlı ailələrə müxtəlif məbləğlərdə maddi yardımlar göstərilmiş, şəhərin ictimaiyyət nümayəndələrinin işyirakı ilə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimləri təşkil olunmuş, ailələrinə müxtəlif yardımlar göstərilmiş və şəhidlərin qəbirüstü abidələrinin inşası işlərinə başlanılmışdır.
Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin mənzil-məişət şəraiti ilə yerində tanış olduqdan sonra onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verərək, aidiyyəti üzrə lazımı orqanlara müraciət ediləcəyini bildirdi.
Şəhid ailələrinin üzvləri göstərilən dəstəyə görə Ölkə başçısına, Birinci vitse-prezidentimizə minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com



















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər