İsmayıllıda qarşıdurma: polis xəstəxananı nəzarətə götürdü
28-06-2013, 13:10
Oxunub: 5 205
İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qarşıdurma yaranıb.
Ötən axşam doğum üçün xəstəxanaya yerləşdirilən rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Həkimlərə söyüş və nalayiq ifadələrlə basqın edən sakinləri sakitləşdirmək üçün əraziyə polis çağırılıb.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasından məlumatı təsdiqləyiblər. Bildirilib ki, mərhumun doğuşunu aparan həkim onların qohumlarıdır.
“Mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Bu Allahın işidir. Biz də istəməzdik ki, belə hadisə olsun”, – deyə xəstəxanadan bildirilib.
Əldə edilən məlumata görə, mərhumun qohumları bu gün də xəstəxanaya gələrək həkimləri təhdid ediblər. Xəstəxananın baş həkimini təhqir edən rayon sakinləri ana və uşağın doğuşunu aparan həkimi polisə şikayət ediblər.
Narazı qəsəbə sakinləri həkimləri Ağabalayeva Şəhlanın ölüm xəbərinin onlardan gizlədildiyini bildiriblər. Bundan hiddətlənən qohumları bildiriblər ki, polis bu işə baxmasa özləri həkimi cəzalandıracaqlar.
Hazırda İsmayıllı rayon Mərkəzi Xəstəxanası polis nəzarətinə götürülüb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu və polis bölməsində araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.
Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.
Son məlumata Səhiyyə Nazirliyi doğum zamanı baş vermiş ölüm faktı araşdırılacağını bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər