BolgeXeber.Com » Bölgə » Lerikdə “Cənub oteli”ndə qiymətlər “od tutub yanır”

Lerikdə “Cənub oteli”ndə qiymətlər “od tutub yanır”

28-06-2013, 17:35
Oxunub: 8 199 Kərəm Həsənovun yaxın qohumu vergidən yayınır

Son zamanlar vətəndaşları narahat edən problemlərdən biri məhz, rayonlarda istirahət mərkəzlərində qiymətlərin olduqca yüksək olmasıdır. Elə götürək cənub bölgəsində fəaləıyyət göstərən otelləri. Yay fəsli ilə əlaqədər vətəndaşlar istirahət etmək üçün cənub bölgəsinə daha çox üstünluk verirlər. Məlum məsələdir ki, Xəzər dənizinin qoynunda yerləşən cənub bölgəsi, digər tərəfdən dağların və meşələrin əhatəsindədir. Bu o demək deyil ki, otel sahibləri istədikləri qiymətlə” Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə meydan sulasınlar. Otellərlə bağlı redaksiyamiza çoxlu şikayətlər və tükürpədici faktlar ötürülür. Belə ki, oteldə ailə adı altında öz “məşuqələri” ilə “Bazdığ” edən imkanlı şəxslər barədə kifayət qədər məlumatlar aidiyyətı orqanlara göndərilmişdir. Misal üçün, Bakı şəhərində fəaliyyət göstərən “Maral” oteli. Sözügüdən otelin fəaliyyəti qeyri-qanuni olmaqla dövlətə külli miqdarda ziyan vurmuşdur. Vergilər Nazirliyinin araşdırmaları yazdıqlarımızı bir daha təsdiq etdi. Və rəsmi məktubla redaksiyamıza təşəkkürlərini bildirdilər. Keçək mətləbə... Cənub bölgəsinin dilbər güşələrindən biri olan Lerik rayonu təbiət baxımından hər zaman diqqət mərkəzində olmuşdur. Elə bu səbəbdən istirahət etmək üçün vətəndaşlar daha çox Lerik rayonuna təşrif büyürürlar. Lerik rayonu dağlarin ətəyində olmaqla eyni zamanda səfalı yerlərdən hesab edilir. Qeyd etdiyimiz “ Cənub oteli” vətəndaşların ən çox seçdikləri istirahət mərkəzidir. Etibarlı mənbənin verdiyi məlumata görə “Cənub otelin” də 50-yə yaxın gənc, işlə təmin olunmuşdur. Qaranlıq qalan məqamlardan biri məhz otel işcilərinin əmək müqaviləsinin olub olmadığı məqamlardır. Başqa bir məlumatda deyilir ki, “Cənub otelində” istirahət etmək istəyən vətəndaş sutka ərzində 1 otaqlıya 60 manat, 2 otaqlıya 80 manat, 3 otaqlıya 100 manat ödəməlidir. Hətta otelin Kəımaləddin Heydərova məxsus olması verilən məlumatlar sırasındadır. Otelin işçisi Nəsib və Samir gələn qonaqları otaqla təmin etikdən sonra müştəriyə menyunu təklif edirlər.(Burada kassa aparatından söhbət bələ gedə bilməz) . Rayondan verilən məlumata görə “Cənub oteli” , Lənkəran şəhəri kicik bazar deyilən ünvanda “Drujba” mebel mağazasinin müdiri Hacı xanıma məxsusdur. Biz dərhal Haci xanımla telfon əlaqəsi yaratdıq. Suallarımızı səmimi cavablandıran müdirə xanım “ Cənub oteli” nin ona məxsus olduğunu etiraf etdi. Gunun ikinci yarısında Rafiq adlı vətəndaş redaksiyamıza zəng edərək özünü Cənub otelinin sahibi kimi məsələyə münasibət bildirmək istədi. Biz də KİV-nin qanunlarını nəzərə alib qarşı tərəf kimi istər Hacı xanımın, istərsə də Rafiq müəllimin münasibətini nəzərinizə çatdırırıq.”Bizdə 50-yə yaxın işci işləyir. Onların hər biri ilə əmək müqaviləsi bağlanılmışdır. Otaqların qiymətinə gəlincə sizə daxil olan məlumatda göstərilən qiymətlər həqiqətə uyğun deyil. Bizim rayonda hec kimlə problemlərimiz yoxdur. Bir nəfər var ki, yalandan ora-bura yazır və bizi biabır etmək istəyir” Biz inaniriq ki, məsələ ilə bağlı Vergilər Naziri cənab Fazil Məmmədov, Lerik rayonunda fəaliyyət göstərən “Cənub oteli” nin əməkdaşlarının əmək müqavilələrinin yoxlanılması və yuxarıda göstərilən qiymətlərin araşdırılması üçün göstərişlərini verəcəkdir. Məlum məsələdir ki, vergidən yayınma birbaşa cinayət məsuliyyətidir.qlobxeber