BolgeXeber.Com » Bölgə » Göyçay müsavatçılarından şok qərar

Göyçay müsavatçılarından şok qərar

30-06-2013, 16:20
Oxunub: 5 829 Çayxanada iclaslarının keçrilməsinə icazə verilməyən müxalifətçilər tədbirlərini İsmayıllı meşələrində keçirməklə bağlı qərar qəbul etdilər
Göyçay müsavatçıları partiyanın şura iclaslarının İsmayıllı meşəsində keçirilməsinə qərar veriblər. Bu barədə avropa.info-ya hüquq müdafiəçisi Taleh xasməmmədov məlumat verib.

Onun dediyinə görə, hakimiyyətin siyasəti nəticəsində Göyçayda müxalifət düşərgəsi uzun illərdir ki, ofis və qərargahlardan məhrum olaraq çayxanalarda toplaşmağa vadar qalıblar. Artıq çayxana sahibləri müxalifətçilər üçün çayxanaların da qapılarını bağlayaraq çörəklərinə bais olmamaq üçün xəbərdarlıq edirlər.
Dünən 20-30 radələrində Göyçay şəhərində “Əli Kərimli” adına parkın çayxanasında Müsavat Partiyasının Göyçay rayon təşkilatının növbəti şurasının iclası keçirilib. Şura iclasında pariya sıralarına 3 nəfər üzv qəbul edilib. Şura iclası yeni başlayarkən Göyçay Rayon Polis Şöbəsinin 10-a yaxın əməkdaşları ilk olaraq oranı nəzarətə götürüblər.
Az keçməmiş iclasın keçirilməsinə müdaxilə edərək dağılışmaqla bağlı xəbərdarlıq ediblər, əks təqdirdə iclası zor gücünə dağıdacaqlarını bildiriblər. Belə olduğu təqdirdə Müsavat partiyasının üzvləri qarşıdurmaya getməyərək iclası yarımçıq saxlamağa məcbur olublar. Göyçay RPŞ-nin rəis müavini polis mayoru Əflatun Məmmədov etirazlar edilən vaxt müsavatçılara bildirib ki, “ Biz sizə qarşı belə sərt mövqe tutmaqla insanların gözünü qorxutmaq istəyirik”.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə həmin gün Müsavat Parrtiyasının Göyçay rayon təşkilatının üzvləri müvəqqəti olaraq qarşıdurmalar yaranmasın deyə şura iclaslarını və tədbirləri İsmayıllı rayon ərazisində olan meşələrdə keçirmək üçün qərar qəbul ediblər.