BolgeXeber.Com » Bölgə » İmişlidə şəhid dəfn olunub-FOTO

İmişlidə şəhid dəfn olunub-FOTO

10-01-2021, 19:19
Oxunub: 9 169 İmişli rayonunda Vətən müharibəsinin 23 yaşlı şəhidi dəfn edilib.
Bolgexeber.com xəbər verir ki, rayon sakini, 1998-ci il təvəllüdlü Əzizli Sabir Hikmət oğlu İmişli rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, könüllü cəbhəyə gedən Sabir Əzizli Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Evin tək oğlu olan Sabir 1 saylı humanitar litseydə təhsil alıb, hərbi xidmətini Naxçıvanda, 2016 -2018-ci illərdə keçirib.
 
Allah rəhmət eləsin!