“Azəryolservis”ASC-nin sədri haqda şok- FOTOFAKT
2-07-2013, 09:20
Oxunub: 6 324
Onun müəssisəsində yol çəkilişləri və təmir-bərpa işləri ən müxtəlif fırıldaqlarla milyonlar göyə sovrulur
Biz əvvəllər də yazmışdıq ki, “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanov ölkədə başlayan antikorrupsiya tədbirlərini saya salmır. Bu adam arxayıncasına öz maxinasiyalarını həyata keçirməkdə davam edir. Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə diqqət etməklə dəhşətli faktların şahidi ola bilərik.
Cavid Qurbanovun ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilməsi üçün keçdiyi yolun özü müəmmalıdır.
Məsələ ondadır ki, 1994-cü ildə Heydər Əliyev Cavid Qurbanovu vəzifədən qovmuşdu. Onun işdən çıxarılması ilə bağlı sərəncamda Qurbanovun vəzifə səhlənlkarlığına, özbaşınalıqlara, ciddi nöqsanlara yol verdiyi əks olunur.
Çoxları buna inanmırdı. Həmin fərman isə yazıdakı fotoda öz əksini tapıb. Fərman niyə icra olunmadı, deyə bilmərik. Yalnız onu deyə bilərik ki, onun günəşi kimlərinsə sayəsində 2002-ci ildən sonra yenidən parlamağa başladı.
Bu gün o, yenə də öz işindədir. İstədiyini edir. Etdiyi maxinasiyaların sayı-hesabı yoxdur.
Tia.az olaraq öncələrdə qeyd etmişdik ki, hazırda Yeni Azərbaycan Partiyasının əsas simalarından biri kimi təqdim olunan, iri kapitala sahib olan Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də post sahibi ola bilmişdi. O, 1993-94-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinə prezident idi. Həmin vaxt işinin “peşəkarı” olan C.Qurbanov nə qədər kənarda dayanıb sərvət sahibinə çevrilmək istəsə də, onun fəaliyyəti ilə bağlı lazımi dairələrə məlumatlar çatdırılır. Bu o zamana qədər davam edir ki, sonda məsələ prezident Heydər Əliyevə çatır. Cavid Qurbanov bir günün içində prezidentin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılır. Bundan sonra çoxları ehtimal edirdi ki, onun kitabı bununla da bağlandı. Amma gözlənilənlər tərsinə oldu. Bir muddət Rusiyada müxtəlif bizneslərlə məşğul olan Cavid Qurbanov keçmiş baş prokuror Eldar Həsənovun sıradan çıxacağı anı gözləyirdi. Bir zamanlar Eldar Həsənovun imkanlarından bəhrələnən Cavid Qurbanovla baş prokuror Eldar Həsənov sonra ciddi qarşıdurmaya getmişdilər və Cavid Qurbanovun Heydər Əliyev tərəfindən kənarlaşdırılmasının ən yaxşı məqamlarını yəqin ki, Eldar Həsənov bir zaman açıqlayacaq...
Cavid Qurbanov tutduğu vəzifədə yerini möhkəmlətmək üçün yeni-yeni əlaqələr qurmağa başladı. O, Nazim İbrahimov, Ziya Məmmədovun vasitəsi ilə öz yerini bərkidib və bu gün Ziya Məmmədovla əlbir dövlət büdcəsini eninə-uzununa talayır.
Cavid Qurbanov yol çəkilişlərinə nəzarətin böyük bir hissəsini əlində cəmləşdirə bilməsini hətta nəqliyyat naziri özü də sinirə bilmir, onun müəyyən imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq adamlar dövlətçiliyə, ilham Əliyev siyasətinə xidmət etmək əvəzinə pul davası açırlar.
Lakin Cavid Qurbanov yol çəkilişi sistemini öz əlinə keçirdiyindən istədiyi mənimsəmələri edə bilir. Məsələn, hansısa ərazidə yol çəkmək üçün rəsmi şəkildə tender elan olunur. Tenderdə iştirak edən firmalar təkliflərini göndərir. ilkin seçimdən tutaq ki, 4 şirkət keçir. (Məlum olur ki, bu şirkətlərin hər birinin sahibi özgə adamdır. Amma hamısının yaxalığında Cavid Qurbanova sədaqət andı var. Hətta bəziləri iddia edir ki, bu şirkətlərin əsl sahibi elə Cavid Qurbanovun özüdür. Bunu yəqin ki, sübut etmək mümkünsüz olar. Amma lazım olsa dövlətin özü sübut edə bilər. Tenderdən keçən şirkətlər arasında iş başlayır və qaliblər yol çəkilişinə başlayır. Hər yerdə olduğu kimi burda da “şapka” əməliyyatının hansı lormada həyata keçirildiyini bil mədiyimizdən kimin nə qədər elə bu ərəfədə qazandığını deməyimiz çətin dir. Amma bildiyimiz budur ki, Cavid Qurbanovun rəhbərliyi ilə yol çəkilişi başlayır, Ən sürətli başlayan isə mənimsəmələr olur. Yeni texnikanın alınması, materialların alınması, işçilərin pullarının silinrnəsi və sair metodlarla tutaq ki, 20 milyonluq layihənin təxminən 10 milyonu mənimsənilir. Növbəti yazılarımızda şəkilən yollar zamanı yeyilən pullardan da bəhs edəcəyik.
Mənimsəmələr bununla da bitmir. Daha sohra başlanır yolların yenidən təmiri, bərpası, yamanması. Bu prosesin gedişində milyonlar yox edilir.
Son vaxtlar C.Qurbanov işinı bir az da ehtiyatlı tutmağa başlayıb. Belə ki, yol çəkilişi və digər bu kimi təmir-bərpa işləri “Azərinşaatservis” MMC ilə birgə aparılır. Məsələnin mahiyyəti isə tamamilə fırıldaqdır. Bu şirkət de-fakto Ziya Məmmədova aiddir. Lakin diqqəti yayındırmaq və mənimsəmələri pərdələmək üçün “Azərinşaatservis” MMC-yə milliyətcə kürd olan Türkiyə vətəndaşı Bülənt Karani rəhbər təyin edilib. Amma bilinmir ki, başqa ölkənin vətəndaşı hansı hüquqi əsasla Azərbaycanda böyük bir şirkətə rəhbər vəzifəyə təyin olunub. Bildirilir ki, sözügedən şirkət 2003-cü ildə iki yerli şirkət tərəfindən təsis edilib. Lakin maraqlıdır ki, təsisçi şirkətlərin adına heç yerdə rast gəlinmir və bu barədə ictimaiyyətə açıqlama verilmir. Şirkətin internet saytında yazılanlardan da görünür ki, “Azərinşaatsevis” MMC əsasən avtomobil və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərir və monopolist şirkətdir.
84,3 km-lik Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km (80-102 km) hissəsinin tikintisini “Bakı dairəvi şose yolu”nun tikintisi layihəsini də bu şirkət həyata keçirir. Bununla yanaşı, Ələt-Masallı avtomobil yolunun 0-9 km hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolu nun tikintisi layihələri də sözügedər şirkətə həvalə olunub.
Ən əsası isə odur ki, “Azərinşaatservis” dövlət təminatı ilə alınan xarici kreditləri və büdcə pullarını göyə sovurmaqla məşğuldur. Bu şirkət tender elan edir, tenderlərin hamısını kağız üzərində “Polat” şirkəti udur, lakin bütün işlər “Azərinşaatservis”ə verilir. Burada mənimsənilən məbləğlər də Ziya Məmmədovla Cavid Qurbanova çatır. Bu pulların hesabına da onlar Azərbaycanın ən iri oliqarxlarına çevriliblər.
P.S. Cavid Qurbanov haqda məhşur bir lətifə formalaşıb. “Bir gün jurnalist Cavid Qurbanova sual verir ki, bəs qəzetlər yazır ki, milyonlarla manata başa gələn bu əmlak xalqın pulu ilə sahib olmusunuz. Cavid Qurbanov isə cavabında deyib: Yalan yazırlar. Xalqda bu qədər pul nə gəzir?”
Qarşı tərəfin mövqeyi də bizim üçün önəmlidir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər