BolgeXeber.Com » Bölgə » Məmurların Ağcakəndəki restoranlarında əxlaqsızlıq yuvası fəaliyyət göstərir
Məmurların Ağcakəndəki restoranlarında əxlaqsızlıq yuvası fəaliyyət göstərir
2-07-2013, 11:00
Oxunub: 5 516
Köçkünlər Şahmar Usubovdan və onun müavinlərindən şikayət edir.
Erməni soqyqrımından sağ qurtulan Xocalı sakinlərinin kompakt yaşadığı bölgələrdən biri də Goronboy rayonunun Aşağı Ağcakənd kəndidir. Xocalının işğalından sonra bu rayonun sakinləri ilə yanaşı icra sturkturları da orada yerləşdirilib.
Burada vaxtilə ermənilərin yaşadığı evlər indi Kəlbəcər və Xocalı sakinləri tərəfindən təmir olunaraq istifadə edilir. Bununla yanaşı dövlət büdcəsi hesabına Xocalı sakinləri üçün ayırca evlər də inşa olunub. Aşağı Ağcakəndə yaşayan sakinlərin əsas məşğuliyyəti əkinçilik və hevandarlıqdır.
Məcburi köçkünlərin əsas problemi yerli icra strukturlarının özbaşınalıqlarıdır. Verilən məlumata görə icra başçısı Şahmar Usubov və onun müavinləri, rayonun polis rəisi ən yararlı torpaq sahələrini zəbt ediblər.
Kəlbəcər köçkünlərinin sözlərinə görə Ş. Usubov onlara məxsus yaylaq otlaq sahələrini zorla ələ keçirib. Hazırda 2000 baş qoyun saxlatdıran icra başçısı heyvanlarını Kəlbəcər köçkünlərinin yaylaq sahələrinə yerləşdirilb. Ərazinin təhlükəsizliyinə Xocalı Polis Şöbəsi məsul olduğundan icra başçısı ona qarşı çıxan istənilən adamları polisə gətizdirib, saxlatdırır. Kənddə yerləşən poçt şöbəsi isə vətəndaşların şikayət ərizələrini “it-bata” salır. Əlacsız qalan sakinlər dövlət qurumlarına ünvanlayacaqları ərizələri Goronboy rayonundan ötürürlər.
Aşağı Ağcakənd meşə qoynunda və çay kənarında yerləşdiyindən burada turizm imkanları böyükdür. Sakinlərdən öyrəndik ki, buradakı istirahət mərkəzlərinin əksəriyyəti vəzifəli şəxslərə məxsusdur.
Kifayət qədər böyük bir ərazini əhatə edən istirahət mərkəzlərindən birinin informasiya və texnologiyalar naziri Əli Abbasova məxsus olduğu iddia edilir. Sakinlərin sözlərinə görə, nazir Əli Abbas yay aylarında bir neçə
günlüyə olsa da buraya istirahətə gəlir. Məlumatda daha sonra qeyd olunur ki, Aşağı Ağcakənddə normal səviyyəli istirahət mərkəzləri ilə yanaşı əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən yerlər də var. Mənbə onların rayon rəhərliyində çalışan şəxslərə məxsus olduğunu iddia etdi. Belə restoranlarda gecə həyatı üçün hər cür şərait yaradılıb. Baxmayaraq ki, ərazi Goronboyun inzibati ərazi bölgüsünə aiddir. Amma buradakı faktiki rəhbərlik və idarəçiliyi Xocalı Rayon İcra Hakimiyyəti aparır.
Aşağı Ağcakənd ölkənin ucqar bölgələrindən biri olmasına baxmayaraq, burada istirahət üçün qiymətlər kifayət qədər bahadır. Normal şəraitli kotejlərdə bir gecənin qiyməti 100-150 manat məbləğində müəyyən edilib.
Erməni ilə üzbə-üz olan bu ərazilərdə çoxsaylı əsgərlərimizi də görmək olar. Onu da öyrənirik ki, yay aylarında buradakı hərbçilərimizin vəziyyəti yaxşı olur. Buna səbəb isə ərzaq təminatından korluq çəkən əsgərlərimizin yaylaqda olan çobanlardan qatıq-süd almalarıdır. Belə ki, Gülüstan kəndindəki ərazidə hərbçilərimiz yaylaqdakılarla neft və konservləşdirilmiş yeməkləri yağa, südə və qatığa dəyişirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər