BolgeXeber.Com » Bölgə » Sabirabad polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir
Sabirabad polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir
24-01-2021, 11:30
Oxunub: 728
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Bolgexeber.com xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət Sabirabad rayonunda da ciddi şəkildə həyata keçirilir.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejim qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür.
Belə ki, polis əməkdaşları rayon ərazisində, bankların , obyektlərin , market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
Tibbi maskası olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar, içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur.
Pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Sabirabad RPŞ-dən Bolgexeber.com-a bildirildi ki, şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb, qanun pozuntularının qarşısı alınır.
Məlum olduğu kimi 25 yanvar, saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə veriləcək.
Sabirabad Rayon Polis Şöbəsindən həmçinin bildirildi ki, COVID-19 infeksiyasının yayımasına qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər karantin rejimi ləğv edilənədək davam etdiriləcək.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm