BolgeXeber.Com » Bölgə » Bərdə Regional Mədəniyyət İdarəsi Şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə görüşlər keçirir

Bərdə Regional Mədəniyyət İdarəsi Şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə görüşlər keçirir

29-01-2021, 19:20
Oxunub: 6 994 Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən regional idarənin əhatə etdiyi şəhər və rayonlarda Vətən Müharibəsində Şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə görüşlər keçirilir.
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən regional idarənin əhatə etdiyi şəhər və rayonlarda Vətən Müharibəsində Şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə görüşlər keçirilir, onlara idarə tərəfindən lazımi diqqət və qayğı göstərilir.
Regional idarə üzrə idarənin rəhbərliyi, aparatı və digər mədəniyyət işçiləri Bərdə rayonundan Vətən Müharibəsində iştirak etmiş, qazi olmuş Qəhrəmanlarımızla görüşərkən onlara bizlərə yaşatdıqları tükənməz Qələbə sevincinə görə təşəkkürlər etmiş və sovqat payları verilmişdir. Görüşülən şəxslərdən Təhlə kənd klubunun müdiri, kapitan Əmiralıyev Vüqar Cəmşid oğlu, şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin direktor köməkçisi, əsgər Hüseynov Fərid Asif oğlu, şəhər 3 nömrəli uşaq musiqi məktəbinin kamança müəllimi, əsgər Çərkəzli Ehtiram Elbrus oğlu, şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin xanəndə müəllimi, əsgər Əliyev Alim Vüqar oğlu aktiv müharibə iştirakçıları olmuş və hal-hazırda mədəniyyət sahəsində əmək fəaliyyətlərini davam etdirirlər.
Tərtər rayon mədəniyyət işçiləri Vətən Müharibəsində Şəhid olmuş Polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun, əsgər Həsənov Zəlimxan Rafiq oğlunun, Məhəmmədli Tural Aqil oğlunun, Hüseynzadə Elgiz İbrahim oğlunun, Hacıyev Qubad Cəmil oğlunun, İsmayıllı Şamil Kamil oğlunun, Məmmədli Sənan Səlim oğlunun, həmçinin, döyüşlərdə şücaət göstərərək qazi olan Tərtər rayon Uşaq musiqi məktəbinin müəllimi Əlizadə Elşən Vahid oğlunun ailələri ilə görüşmüş, regional idarənin rəhbərliyinin onlara olan böyük ehtiramını çatdırmış, Şəhidlərimizin məzarları ziyarət edilmişdir. Həmçinin, regional idarənin rəisi İlyas Hacıyev və bir qrup rəhbər işçilər Tərtər rayon uşaq musiqi məktəbinin müəllimi, Şəhid Əliyev Mehman Sovet oğlunun və uşaq musiqi məktəbinin müəllimi Hacıyev Cəmilin Qəhrəmancasina Şəhid olmuş oğlu çavuş Hacıyev Qubad Cəmil oğlunun ailəsinə baş çəkmiş, onlara maddi və mənəvi köməklik etmişdir. Həmçinin, Tərtər rayon uşaq musiqi məktəbinin müəllimi, Şəhid Əliyev Mehman Sovet oğlunun ailəsindən bir nəfərin işlə təmin olunması məsələsi həll olunmuşdur.
Regional idarə üzrə Yevlax şəhər mədəniyyət işçiləri Vətən Müharibəsində iştirak edərək qazi olmuş Aslanlı Nicat Elçin oğlu, Quliyev Əhməd İqnat oğlu, Eyvazov Anar Asif oğlu, Məmmədov Nuru İlham oğlu, Mirhəsənzadə Ramil Mirağa oğlu, Abdullayev Şahin Nazim oğlu ilə görüşmüş, onların döyüş və həyat yolundan söhbət edilmiş və mədəniyyət işçilərinin sovqat payları onlara çatdırılmışdır.
Mingəçevir şəhər mədəniyyət işçiləri Vətən Müharibəsində iştirak edərək Şəhid olmuş Xankişiyev Fuad Şöhrət oğlunun, Şəhid Rüstəmzadə Emin Firqət oğlunun, Şəhid qardaşlar Həsənov Tural Tapdıq oğlunun və Həsənov Musa Tapdıq oğlunun, Şəhid Ağakişiyev İlkin Elxan oğlunun, qazi Hacıyev Məcid Abdulla oğlunun ailələri ilə görüşmüş, onların döyüş və həyat yolundan söhbət edilmiş və mədəniyyət işçilərinin sovqat payları Şəhid və qazi ailələrinə çatdırılmışdır.