Zərdab rayonunda demoqrafik vəziyyət
2-02-2021, 14:00
Oxunub: 576
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda 01 yanvar 2021-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2020-ci il ərzində Zərdab rayonun əhalisinin sayı 185 nəfər və ya 0,3 faiz artaraq 59524 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2020-ci il ərzində ilkin hesablamalara görə rayonda 533, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 14,3 faizi şəhər və qəsəbələrdə, 85,7 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 14,7-dən 9,0-a qədər azalmışdır. Hesabat dövründə Zərdab rayonunda 399 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda - 4, 5-9 yaşda 1, 10-14 yaşda 1, 15-19 yaşda 2, 25-29 yaşda 1, 30-34 yaşda - 4, 35-39 yaşda – 2, 40-44 yaşda - 7, 45-49 yaşda - 8, 50-54 yaşda - 17, 55-59 yaşda - 30, 60-64 yaşda - 25, 65-69 yaşda - 46, 70-74 yaşda - 36, 75-79 yaşda - 43, 80-84 yaşda - 96, 85 yaşdan yuxarı - 74 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,3-dən 6,7-yə qədər artmışdır.
Rayon üzrə təbii artım 134 nəfər olmuşdur.
Cari il ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 147 nigah və 61 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4-dən 2,5-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2-dən 1,0-a qədər azalmışdır.
2020-ci ilin yanvar-dekabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 68 nəfər, rayondan isə 17 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 51 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər