Göyçay rayon tikiş fabrikinin işçiləri nədən narazıdırlar?
6-07-2013, 11:55
Oxunub: 5 404
Redaksiyamıza Göyçay rayon tikiş fabrikinin işçiləri tərəfindən imzalanmış və ölkə prezidentinə ünvanlanmış müraciət daxil olub. Daxil olan müraciətin mətni ilə tanış olduqdan sonra bizdə bir daha belə bir güman yarandı ki, regionlarımızın sosial-iqtisadi inkişafı və həmin regionlarda yaşayan insanların rifah səviyyəsinin yüksəldilməsi məsələləri yerlərdə və İqtisadi İnkişaf Nazirliyinin binasının pəncərələrindən tam fərqli görüntülərə malikdir. Əgər belə deyilsə, bəs onda nəyə görə nazirlik rəsmiləri bu məsələlərin həllini sürətləndirmək, bu istiqamətdə prioritet sahələri düzgün müəyyənləşdirmək əvəzinə vətəndaşların mövcud problemlərini bir qədər də ağırlaşdırmaq və dərinləşdirməklə məşğuldurlar? Ən azından mətnini olduğu kimi sizə də təqdim etdiyimiz bu ərizənin məzmunu belə bir ittihamı irəli sürməyə əsas verir.
Göyçay rayon tikiş fabrikinin bir qrup işçisi tərəfindən imzalanmış, prezidentə ünvanlanan və bir nüsxəsi də redaksiyamıza daxil olan mrüaciətdə deyilir:
“Yazıb Sizə bildirmək istəyirik ki, 1990-cı ildə tikiş fabrikinin öz büdcəsi hesabına fəhlə və qulluqçuların güzəranının yaxşılaşdırılması məqsədi ilə 48 (qırx səkkiz) mənzilli binanın tikintisinə başlanmışdır. Lakin 1994-cü ildə tikinti dayandırılmış və binanın inşası yarımçıq qalmışdır. Bu mənzil üçün növbə gözləyən fəhlələr 25, 30, 35 il əmək fəaliyyətinə malik olan insanlardır.
Çox hörmətli cənab İlham Əliyev, biz sizin çıxışlarınızda yarımçıq qalmış binaların tikilməsi üçün lazım olan köməyin göstərilməsi haqqında tövsiyyələrinizi eşitmişik. Lakın bu fərmanlara heç bir məhəl qoyulmur. Biz dəfələrlə bu barədə müraciət etmişik. Bizə müsbət və dəqiq cavab verilməmişdir. Bizə deyirlər ki, bu bina İqtisadi İnkişaf Nazirliyinin balansına keçirilib. Onlar nəinki bizə müsbət cavab verməmiş, hətta bu yarımçıq binanın mənzillərini belə aidiyyatı olmayan insanlara satmışdılar. Lakin fabrikin işçiləri buna etiraz etmişlər. Bir çox mübahisə və mübarizələrdən sonra bina yenidən özümüzə qaytarılmış və illərdir ki, belə yarımçıq qalmışdır. Bu binanı öz qüvvəmizlə saxlamışıq. Dəfələrlə olub ki, sökmək, talan etmək üçün maşınla gəliblər. Biz, ev növbəsi gözləyən bir qrup ehtiyacı olan analar çox pis vəziyyətdəyik və Sizdən kömək istəyirik. Bir də Sizə bildirmək istəyirik ki, bu binanın kanalizasiya və su sistemi də çəkilib və yeni sistemlə təzələnib. Lakin binanın üstünün örtülməsi bizim üçün çox çətindir. Artıq biz 18-20 ilə yaxındır ki, başımıza qar, yağış yağa-yağa bu evlərdə yaşayırıq və ünvanımız da üstüaçıq binadır. Ancaq qeydiyyat yerimiz hər hansısa qohumun evidir. Şəxsən mənim 60 yaşım var. Mən hər gün ömrümün mənə vəfa etməsini Allahdan arzu edirəm ki, bu evlərin ünvanının verilməsini görəydim. İnşallah Allahdan başqa, bizim yeganə ümüd yerimiz Sizsiniz. Biz Sizə ümüd edirik. Bu binanın üstünün örtülməsində bizə köməklik etmənizi Sizdən artıq dərəcədə xahiş edirik. 48 mənzil bir kəndin camaatı deməkdir.
Möhtərəm cənab prezident!
Sizi əmin edirik ki, biz də hər an Sizin arxanızda durmuşuq. Allahdan sizə dövlətimizin bütün problemlərinin həllində və bizim də bu müşkülümüzün həllində uğurlar arzulayırıq”.
dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər