BolgeXeber.Com » Bölgə » Quba sakinlərinin sahibsiz it kabusu - VİDEO

Quba sakinlərinin sahibsiz it kabusu - VİDEO

8-02-2021, 13:36
Oxunub: 2 090
Qubada küçə itləri sakinlərin kabusuna çevrilib. 
Baku TV xəbər verir ki,  2021-ci ilin ilk ayında Qubada 70-ə yaxın sakin sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. 
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev bildirir ki, hər il bu problemlə üzləşənlərin sayı artır. Təkcə bir ildə it dişləməsi ilə bağlı 700-ə yaxın sakin müraciət edib. Məsələ ilə bağlı Quba Şəhər İcra Nümayəndəliyindən bildirildi ki, sahibsiz küçə itləri üçün sığınacaq yaradılacaq:
“Bununla da həmin itlərlə bağlı təhlükə tamamilə aradan qalxacaq. Artıq bunun üçün ərazi də ayrılıb. Yeni tikiləcək sığınacaqda təxminən 1500-ə yaxın küçə itinin saxlanması mümkün olacaq”.
Ətraflı süjeti təqdim edirik: