BolgeXeber.Com » Bölgə » Təhsil naziri Tərtərdə UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub
Təhsil naziri Tərtərdə UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub
13-02-2021, 12:40
Oxunub: 4 245
Fevralın 12-də təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.
Xarici tərəfdaşlar dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan barədə ətraflı məlumat verib.
Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.
Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər