BolgeXeber.Com » Bölgə » Zərdab İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olunub

Zərdab İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olunub

24-02-2021, 10:56
Oxunub: 3 555 Cənab Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 7 yanvar 2021-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-ci il tarixli sərəncamı ilə Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Bolgexeber.com bildirir ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə hazırda  ehtiyatda olan polkovnik-leytenant  Bayramov Zinhar Beydulla oğlu şöbənin müdiri vəzifəsinə təyin edilib.
Bildiririk ki, Z.Bayramov 14 oktyabr  2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Vətən müharibəsi döyüşlərində iştirak edib, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.