Şirvanda “könüllü qonaq” layihəsi davam etdirilir-FOTO
3-03-2021, 10:46
Oxunub: 4 435
Könüllülük fəaliyyətinin əsas istiqamətlərindən biri əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə köməklik göstərilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə əlaqədar respublikamızın bir sıra rayonlarında başlanılan “Könüllü qonaq” təşəbbüsü 2021-ci ildə də Şirvan şəhər gəncləri tərəfindən uğurla davam etdirilir. Belə ki, Şirvan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Şirvan Gənclər Evinin və Şirvan Şəhər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında könüllülər xüsusi qayğıya ehtiyacı olan, ahıl və tənha yaşayan Şirvan şəhər sakinləri Mədinə Bədirxanova, İmanət Əkbərova və Bülbül Abbasovaya yaşadıqları evdə baş çəkmişlər. Gənclər tərəfindən evlərdə və həyətyanı sahələrdə təmizlik və abadlıq işləri görülmüş, səliqə-səhman yaradılmış, çərşənbə süfrəsi təşkil edilmişdir.
Gənclərin təşəbbüsü ev sahibləri tərəfindən sevinclə qarşılanmış və onlar könüllülərə öz təşəkkürlərini bildirmişlər.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər