Şamaxıda buludlar “yumurtayıb” :800 evin damı sıradan çıxıb
14-05-2011, 16:25
Oxunub: 7 296

Yaşlı qadının qorxudan dünyasını dəyişdiyi bildirilir
Azərbaycanın Şamaxı rayonuna yumurta boyda dolu yağıb. ANS PRESS-in Şamaxıda olan əməkdaşının məlumatına görə, hadisə bu gecə saat 1 radələrində başlayıb, təxminən 10-15 dəqiqə davam edib. Nəticədə evlərin damı zərər çəkib, mənzillərin pəncərələri və maşınların şüşələri sınıb.
Əməkdaşımızın aldığı qeyri-rəsmi məlumata görə, baş verən hadisədən qorxuya düşən bir yaşlı qadın dünyasını dəyişib.
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının üzvü Ağamustafa Vahidovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 14 may gecə saatlarında Şamarı şəhərinə və ətraf 15 kəndə iri həcimli aramsız dolu və leysan yağışı yağıb. Dolu nəticəsində şəhərə və kəndlərə, əsasən yaşayış evlərinə, ictimai binalara, sosial obyektlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına, fərdi avtomobillərə ziyan dəyib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, baş nazirə teleqram ünvanlanaraq dəymiş ziyanın araşdırılması xahiş olunub. Hazırda rayon İcra Hakimiyyətində vətəndaşların müraciəti qəbul olunur və zərərçəkənlərin qeydiyyatı aparılır.
A. Vahidovun sözlərinə görə, saat 12.00-a kimi təxminən rayonun mərkəzində 600 fərdi evin və 100 ictimai binanın dam örtüyünün sıradan çıxması, həmçinin rayonun Cabanı kəndində 200 evin dam örtüyünün sıradan çıxması qeydə alınıb. Ziyan dəyən mənzillərin qeydiyyata alınması prosesi davam edir.
A.Vahidov bildirib ki, maşınlara dəyən ziyanın ödənilməsinə gəlincə, bu çox ehtimal ki, sığorta olunan avtomobillərə şamil olunacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər