BolgeXeber.Com » Bölgə » Bərdədə “COVID-19” pandemiyası əleyhinə vaksinasiya işləri davam etdirilir
Bərdədə “COVID-19” pandemiyası əleyhinə vaksinasiya işləri davam etdirilir
18-03-2021, 14:39
Oxunub: 4 390
Ölkəmizin bütün regionlarında olduğu kimi Bərdədə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
17 mart 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub. Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib.
Sonra icra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub.
Rayon üzrə indiyədək 7700-ə yaxın, o cümlədən 1500-dən çox şəxs ikinci doza ilə peyvənd olunmuşdur. Sakinlərin peyvənd olunması uğurla davam etdirilir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər