BolgeXeber.Com » Bölgə » Hacıqabulda koronavirus pandemiyası ilə mübarizə uğurla həyata keçirilir

Hacıqabulda koronavirus pandemiyası ilə mübarizə uğurla həyata keçirilir

30-03-2021, 17:29
Oxunub: 3 251 COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində gücləndirilmiş tədbirlər görülür.
 Hacıqabul rayonunda da koronavirus pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.
 Hacıqabul Rayon İcra Hakimiyyətinin,  polis əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən yoxlamalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür. 
Belə ki, polis əməkdaşları  rayon ərazisində, bankların , obyektlərin , market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
Tibbi maskası  olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar, içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur.
  Hacıqabul Rayon İcra Hakimiyyətindən BÖLGƏ TV-yə verilən məlumata görə İcra Hakimiyyəti Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə reydlər aparır və bu reydlərdə tez-tez iştirak edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşlarla mütəmadi profilaktik söhbətlər aparır. Koronavirusla mübarizə çərçivəsində sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşülür, vətəndaşlar təlimatlandırılır.
Hacıqabul rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması uğurla həyata keçirilir.
Rüstəm Xəlilov mart 18-də vaksinasiya prosesinin gedişi ilə yerində tanış olmaq üçün MRX PHŞ üçün ayrılmış şəhər 10 saylı tam orta məktəbə gələrək burada yaradılmış şəraitlə tanış olub.
İcra başçısına məlumat verilib ki, əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülüb, ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
İcra Hakimiyyətinin başçısı əhali ilə səmimi söhbət edərək ölkə ərazisində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın də nəzarətində  olduğunu, vətəndaşların sağlamlığının ölkə üçün prioritet olduğu bildirib. Həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edən icra hakimiyyətinin başçısı hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra İcra başçısı Rüstəm Xəlilov xəstəxanada tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olundu.
Qeyd edək ki, indiyədək rayon üzrə 3700-dən çox vətəndaş COVİD-19 əleyhinə peyvənd olunub.

Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində karantin qaydalarının pozulmasının da qarşısı alınır.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlərlə bərabər onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur. Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Hacıqabulda həmçinin çoxmənzilli yaşayış binalarında və küçələrdə və digər yerlərdə,dezinfeksiya işləri davam etdirilir.
Yeni koronavirus pandemiyasına mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozanlar haqqında isə  polis əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülür.
 Polis əməkdaşları tərəfindən həmçinin küçə və prospektlərdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələnir və ya məsuliyyətə cəlb edilir .