Şirvanda dövlət idarəsində bazar açılıb-Foto
15-07-2013, 14:45
Oxunub: 5 251

Şirvandaki qaynaqalardan verilən məlumata görə, Şirvan şəhərində yerləşən Regional Qeydiyat İmtahan və Texniki Baxış Şöbəsi rəisi Vüqar Məmmədyarov rəsmən bazar açıb. Hər halda daxil olan informasiyadan belə bir qənaət formalaşır.
Bildirək ki, Vüqar Məmmədyarov bundan əvvəl Astara və Göyçay rayonunda polis rəisi olub.Həmin rayonlarda yerli sakinlərələ yola getmədiyindən Daxili İşlər Nazirliyinin rəhbərliyi onu həmin rayonlardan uzaqlaşdırıb.
Diz-az-a daxil olan məlumatlara görə, Şirvan şəhəri Regional Qeydiyat İmtahan və Texniki Baxış Şöbəsində sürüçülük vəsiqəsinin verilməsilə (imtahan puluyla 800 mant) əlaqədar ciddi narazılıqlar var. Mənbənin söylədikləri: “Sürücülük vəsiqəsi rəsmən biznesdir. Bakının payı ayrı, yerli rəhbərliyin payı ayrı”.
Məlumata görə, Vüqar Məmmədyarov 2012 ci ilin noyabr ayından bu yana yaxın qohumu, həm də işçisi Misgərli Faiq Böyükağa oğlunun adına ( Kür Avto MMC) açmış ki, bununla da “sürücülük vəsiqəsi biznesi”ni tam olaraq nəzarətinə götürüb. Yəni onun “avtoşkolası”nı qurtarmayana sürücülük vəsiqəsi verilmir. Bu isə biznesin bir əldə cəmləşdirilməsi anlamını daşıyır.
Məlumata görə, həmin “Kür Avto MMC” nin möhüründən başqa heç bir şeyi yoxdur: “1000 manat verib 5 günə “BC” kateqoryalı sürücülük vəsiqəsini istənilən gün almaq olar. Dəllallardan Baxışov Azad bu işlə daha yaxından məşğul olur. Yəni “müştərilər” onun əli ilə daha tez sürücülük hüququ əldə edirlər”.
Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər