BolgeXeber.Com » Bölgə » Millət vəkili Jalə Əliyeva Zərdabda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib
Millət vəkili Jalə Əliyeva Zərdabda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib
26-04-2021, 14:28
Oxunub: 5 224
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib. Görüşdə Zərdab şəhərindən və rayonun Əlibəyli, Xanməmmədli, Dəliquşçu, Dəkkəoba, Nəzəralılı, Məlikli kəndlərindən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak edib. Müraciətlər əsasən işlə təmin olunma, ünvanlı sosial yardımın və əlillik dərəcəsinin təyinində qarşıya çıxan problemlərlə bağlı olub. Eyni zamanda qəbulda seçicilər tərəfindən həyətyanı torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, təhsil krediti, əfv məsələləri və məhkəmə işi ilə bağlı məsələlər də qaldırılıb. Yerli xarakterli məsələlərdən bir neçəsi ilə əlaqədar olaraq deputat tərəfindən müvafiq qurumlarla elə qəbulun gedişində telefon danışığı aparılıb, qaldırılan məsələlər diqqətə çatdırılıb. Seçicilərin toxunduqları respublika əhəmiyyətli digər məsələlərin isə, onların yazılı müraciətləri daxil olduqdan sonra müvafiq təşkilatlara ünvanlanacağı bildirilib. Qəbula gələnlər müraciətlərinə operativ və qısa müddətdə cavab verildiyi, pandemiya şəraitinə rəğmən davamlı olaraq hər ay canlı və videoformatda qəbullar təşkil etdiyi üçün millət vəkilinə təşəkkür ediblər.
https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/310555123817508
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər