BolgeXeber.Com » Bölgə » İcra başçısı köçkünlərə verilən yaylaq sahəsini zorla ələ keçirmək istəyir
İcra başçısı köçkünlərə verilən yaylaq sahəsini zorla ələ keçirmək istəyir
19-07-2013, 10:10
Oxunub: 4 945
İcra başçısı Kəlbəcər köçkünlərini didərgin salıb
Ayrı-ayrı rayonlarda icra hakimiyyəti başçılarının vətəndaşların hüquqlarını pozması, idarəetmədə yaratdıqları ədalətsizlik adi hala çevrilib. Öz şəxsi biznesini genişləndirmək istəyən icra başçıları isə bunu başqalarının hüquqlarını pozmaq, vətəndaşların mülkiyyət hüququnu tapdalamaq hesabına edir. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da belələrindəndir.
Qeyd edək ki, mediada dəfələrlə barəsində tənqidi yazıların olmasına baxmayaraq, Şahmar Usubov Goronboy rayonunun Ağcakənd qəsəbəsində əsl hökmranlıq edir. Belə ki, Xocalı RİH-in inzibati binasının yerləşdiyi bu ərazidə təhlükəsizlik kimi məsələlər Xocalı polisinə həvalə edilib. Bundan da yararlanan Şahmar Usubov nəzarətində olan polisin əli ilə başqa vətəndaşların torpaq sahələrini zəb edir. Hətta istirahət zonası kimi də tanınan bu ərazidə icra başçısının oğluna məxsus istirahət mərkəzlərinin birinin əsl əxlaqsızlıq yuvasına çevrildiyi barədə məlumatlar da media səviyyəsinə qədər çıxıb.
Dünən Goronboy rayonundakı yaylaq sahələrində mal-qara saxlayan bir qrup Kəlbəcər köçkünü icra başçısının onlara etdiyi qanunsuzluqlardan şikayətlənib. Redaksiyamıza müraciət edən Kəlbəcər köçkünləri bildirib ki, Goronboy Rayon İcra Hakimiyyəti tərəfindən hər il onlara yaylaq sahəsi ayrılır: “Biz hər il yay aylarında müqavilə ilə öz- mal-qaramızı bu yaylağa gətiririk. Bizim kimi Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun da qoyun və mal sürüləri var. Ona da Goronboy Rayon İcra Hakimiyyəti bəlli bir yerdə sahə ayırıb. Ancaq fermer təsərüüfatını genişləndirən Şahmar müəllim Xocalı polisinin vasitəsi ilə bizi buradan çıxarmaq istəyir. İki gün əvvəl sürücüsünü və bir neçə polis əməkdaşını yanımıza göndərən Şahmar Usubov bizə məxsus torpaq sahəsini ona verməyimizi tələb edir. Biz Kəlbəcər rayonundan olan 8 ailə bir neçə ildir ki, Soyuqbulaq adlanan bu yaylağa mal-qoyun gətiririk. Bizi və çobanlarımızı polislə hədələtdirir. Goronboy Rayon İcra Hakimiyyətinin müvafiq qurumları xəritə ilə hər kəsin öz sahəsini müəyyən etsə də, bu, Şahmar Usubov üçün qaneedici deyil. Biz qəzetiniz vasitəsi ilə ölkə rəhbərliyindən icra başçısının bu qanunsuz əməllərini dayandırmasını xahiş edirik. Şahmar Usubov fermerdirsə, onda niyə icra başçısı işləyir? İşləyirsə, heç olmasa bu statusundan yararlanıb, köçkünlərə qarşı qanunsuzluq etməsin. Sürücüsü tələb edir ki, bizə aid sahədən onlara ayıraq. Əks təqdirdə bizi həbslə hədələyirlər”.
Köçkünlər onu da bildirir ki, Goronboyun başqa bir ərazisində Şahmar Usubovun daha bir yaylaq sahəsi var. O, həmin sahəni külli miqdarda pul müqabilində icrarəyə verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər