Mübariz Ağayevin, Ruslan Hacıyevdən aldığı «şirinlik»
19-07-2013, 17:55
Oxunub: 5 220
İcra nümayəndəliyindən müavinliyə cəkilən xərc
Qubanın icra başçısı Mübariz Ağayev qəribə şəkildə vəzifə paylayır. Mart hadisələrilə bağlı işdən çıxarılmış çıxarılan bəzilərinin yeri boş qaldığından həyata keçirilən yeni proses isə olduqca maraqlıdır. sayıtımıza verilən məlumata görə, rayonda hazırda vəzifələr «barter» üsulu ilə «satışa» çıxarılıb.
Məlumatda deyilir ki, Mübariz Ağayev, Ruslan Hacıyevi özünə iqtisadi məsələlər üzrə müavin gətirib. Hacıyevin bu vaxta kimi, Quba Şəhər İcra nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərdiyi deyilir. Bildirilir ki, mart hadisələri zamanı özünü birtəhər qoruyan Hacıyevin güvəndiyi əsas şəxs isə atasıdır. Halbuki onun da adının məlum hadisələrə qarışdığı deyilir. Sadətə atasının hesabına vəziyyətdən çıxarılıb.
Azerinews.org-a daxil məlumatda deyilir ki, Ruslan Hacıyevin atası Xaçmaz Asfalt Zavodunun direktoru İsgəndər Hacıyevdir. Elə ata Hacıyevin bu imkana sahib olması, onun oğlu üçün Qubada yaşıl işıqların yanmasını şərtləndirib.
Təbii ki, Mübariz Ağayev Ruslan Hacıyevdən «şirinliyi»ni alıb. Amma bunu natural formada həyata keçirib. Mənbələrin bildirdiyinə görə, o, Quba rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini təyin olunmasının müqabilində rayonun yollarını asfaltlaşdırmalıdır. Hacıyevin bu prosesi atasının hesabına reallaşdıracağını yaxşı bilən M.Ağayev, həm də bəzi tenderlərdə bərabər şəkildə hərəkət edəcəklərini hədəfləyib. Yəni, yeni yolların çəkilməsində böyük pullar qazanmaq üçün şərikli addımlar atmağı düşünür.Azerinews.org
Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər