BolgeXeber.Com » Bölgə » Bərdədə “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda intellektual bilik yarışı keçirilib
Bərdədə “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda intellektual bilik yarışı keçirilib
10-05-2021, 09:57
Oxunub: 5 336
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən ulu öndər Heydər Əliyevin adan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda intellektual bilik yarışı keçirilib
Regional idarə üzrə Mingəçevir şəhərində baş tutan yarışda idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarından, o cümlədən Yevlax və Mingəçevir şəhərlərindən mədəniyyət işçiləri iştirak edib.
Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Mingəçevir şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda bilik yarışması təşkil edib. İntellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən mədəniyyət işçiləri qatılıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaqdır.
İntellektual yarışın münsiflər heyəti qismində Mingəçevir şəhərindən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, YAP Mingəçevir şəhər təşkilatı, Mingəçevir Regional Debat Mərkəzinin nümayəndələri, o cümlədən Mingəçevir şəhər şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin və Mingəçevir şəhər 11 illik musiqi məktəbinin rəhbərləri iştirak edib.
Yarışda Bərdə rayonunu “Qarabağ”, Tərtər rayonunu “Suqovuşan”, Mingəçevir şəhərini “Nur”, Yevlax şəhərini isə “Kür” komandası təmsil edib. Üç turdan ibarət yarış Mingəçevir şəhərinin “Nur” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri tərəfindən musiqi nömrələri ifa edilib.
Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.
Bolgexeber.com
















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər