Şəkidə maaş üstündə kütləvi dava
20-07-2013, 10:40
Oxunub: 5 415
Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub
Şəkinin Aşağı Göynük kəndində kütləvi dava baş verib. Bolgexeber.com Kanal S-ə istinadən xəbər verir ki, Vələt Hümbətov adlı şəxsə məxsus taxta sexində işləyən işçilər döyülüb. Buna səbəb onların öz maaşlarını tələb etmələri olub.
Əmək haqqlarını ala bilməyən işçilər öz haqlarını tələb etdikdə sexin digər işçiləri onlara küt alət və bıçaqla xəsarət yetirib. Nəticədə Aşağı Göynük kənd sakinləri - Rəhimov Taleh, Rəhmanov Məcnun, Abbasov Gündüz, Şabanov Habil, Yusifov Elman, Mustafayev Pərviz, Məmmədov Pərvin döyülüb.
Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub. Dalaşanları ayıran zaman hadisə yerində olan Aşağı Göynük kənd sakini, polis leytenantı Abdulkərimov Adil müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların vəziyyəti ağır olmadığından onlar ilk olaraq polis şöbəsinə gətirilib. İfadələri alındıqdan sonra Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti normaldır və ilkin müayinədən sonra evə buraxılacaqlar.
Hadisə ilə əlaqədar Şəki şəhər polis şöbəsində araşdırmalara başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər