Novxanıda bələdiyyə vətəndaşlara “Cip” almağı tövsiyə edib
20-07-2013, 12:20
Oxunub: 4 808
“Novxanı bələdiyyəsi kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən vətəndaşlara “Cip” almağı tövsiyyə edir”.
Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bələdiyyə bildirir ki, əgər hər bir ailə bir “Cip” alarsa, o zaman kənd ərazisindəki torpaq yolların asfaltlanmasına da ehtiyac qalmaz. Çünki “Cip”lərin altı hündür olduğu üçün onlar kələ-kötür yollarda hərəkət edə biləcək, vətəndaşları mənzil başına çatdıracaqlar.
Mənbənin bildirdiyinə görə, kəndin bir çox hissəsindəki əsas yollar asfaltlanmayıb ki, bu da yağışlı günlərdə bu yollardan istifadə demək olar ki, mümkünsüz hala gəlir. Torpaq yollarda yaranan nəhəng su gölməçələri və palçıq nəinki piyadaların, hətta avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Bələdiyyənin vətəndaşlara “Cip” almaqla bağlı ünvanladığı tövsiyyə isə bu yolların hələ uzun müddət asfalt üzünə həsrət qalacağından xəbər verir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər