Şəmkirdə torpaq davası
22-07-2013, 00:10
Oxunub: 4 720
Şəmkirdə torpaq davası: məhkəmə və İcra Hakimiyyəti aciz qalıb
Torpağı zəbt olunan Anar Babayev hara şikayət edəcəyini bilmir
Şəmkirdə rayon sakinləri arasında torpaq mübahisəsi yaranıb. Ancaq bu mübahisə elə bir vəziyyət alıb ki, məsələni nə məhkəmə, nə də rayon İcra Hakimiyyəti həll edə bilir.
Bu barədə məlumatı torpaq davasındakı tərəflərdən biri - zərərçəkmiş şəxs olan Anar Bayramov verib.
Belə ki, rayon sakini Anar Babayevə məxsus qanuni torpaq sahəsi qonşusu tərəfindən zəbt olunub. Ancaq problemi nə məhkəmə, nə rayon İcra Hakimiyyəti çözə bilir. A.Bayramovun sözlərinə görə, Şəmkir rayonu Kür qəsəbəsindən torpaq sahəsi götürüb. Ancaq il yarım əvvəl qonşusu Əliyev Tahir Hətəm oğlu bu torpaq sahəsini zəbt edib.
A.Babayev bunun ardınca 1,5 sot torpaq sahəsi üzərindəki qanuni haqlarını bərpa etmək üçün məhkəməyə müraciət edib.
Qonşular arasındakı torpaq davasına Şəmkir rayon İnzibati İqtisad Məhkəməsində baxılıb və məhkəmə torpaq sahəsinin Anar Babayevə məxsusluğunu təsdiqləyib. Lakin aradan uzun müddət keçsə də, məhkəmənin A.Babayevin xeyrinə çıxardığı qətnamə hələ də qüvvəyə minməyib: “Məhkəmə icraçıları qərarın icrası məqsədi ilə əraziyə gəldi. Ancaq torpağı zəbt edən şəxslər elə hay-küy saldı ki, icraçılar gəldikləri kimi də qayıtdılar. Yəni icraçılar onları çıxarmağa gəlmişdi, ancaq onlar icraçıları qovdular”.
A.Babayev bu gün Şəmkir rayon icra başçısının da qəbulunda olub və daha bir ümidsiz cavab alıb: “Hər şeyi icra başçısına danışdım. O da məni bu məsələ ilə bağlı rayonun baş memarının yanına göndərdi. Baş memar isə dedi ki, iş məhkəmə icraatında olduğu üçün İcra Hakimiyyəti müdaxilə edə bilməz”.
Hər yerdən əli üzülən Anar Babayev məhkəmənin belə, aciz qaldığı bu problemlə əlaqədar hara müraciət edəcəyini bilmir: “İmkansız adamam. Himayəmdə 2 xəstə uşaq var. İndi mən nə etməliyəm? Məhkəmə haqlı olduğumu təsdiq edib, ancaq qərar icra olunmur. Bütün qurumların aciz qaldığı ailə ilə hesabı özüm çəkməliyəm?! Necə edim mən, özümü öldürüm, yoxsa onu, bilmirəm?!”.aznews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər