BolgeXeber.Com » Bölgə » Yardımlıda Mətbuat Günü qeyd olunub-Foto

Yardımlıda Mətbuat Günü qeyd olunub-Foto

22-07-2013, 10:20
Oxunub: 5 598 Mətbuat işçiləri təbrik olunub

mətbuat işçilərini təbrik etmişlər “Yardımlı Xeyriyyə Cəmiyyəti” Yardımlı Rayon İcra Hakimiyyəti ilə birlikdə iyulun 20-də Mətbuat Günüylə əlaqədar rayonun “Gavran bağı” istirahət güşəsində tədbir keçirib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Elman Eldaroğlu ölkə mətbuatında Yardımlı əsilli jurnalistlərin xidmətindən söhbət açıb. Sonra söz “Azərbaycanın Əməkdar Jurnalisti”, şair-publisist Sahib Əliyevə verilib. O, bir vaxtlar baş redaktoru olmuş, 1936-cı ildən işıq üzü görən “Zirvə” qəzetinin fəaliyyətindən danışmış, ölkəmizdə tanınan jurnalistlərdən Mir Şahin Ağayevin, Elman Gədiklinin adlarını xüsusi vurğulayaraq onların Azərbaycan mediyasına yolunun məhz “Zirvə” qəzetindən başlandığını qeyd etmişdir. Sonra çıxış edənlərdən filalogiya üzrə fəlsəfə doktoru, şair-publisist Bilal Alarlı, “Zirvə” qəzetinin baş redaktoru Ələsgər Cəfər, Yardımlı Rayon İcra Hakimiyyəti(RİH) Başçısının müavini Azər Əkbərov və başqaları mətbuat işçilərini təbrik etmişlər.
Tədbir bayram süfrəsi ilə yekunlaşıb.
Bolgexeber.com