BolgeXeber.Com » Bölgə » Tərtər icra hakimiyyəti açıqlama YAYDI

Tərtər icra hakimiyyəti açıqlama YAYDI

31-05-2021, 14:08
Oxunub: 3 944 “Bu tipli informasiyalar şər-böhtan xarakteri daşıyır və icra başçısının Tərtərdə gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil”.
Bu haqda Bolgexeber.com-a Tərtər İcra Hakimiyyətindən göndərilən ,bəzi mətbu orqanlarda yayılan qərəzli məlumatlara münasibət  bildirilən açıqlamada deyilir.
Açıqlamada bildirilir:
“30 may 2021-ci il tarixdə “1 xəbər” yotube kanalında, “xeberal.az” saytında “Tərtərin icra başçısı onu kameraya çəkən vətəndaşa hücum etdi: “Alın telefonu ondan” başlığı altında çəkiliş yerləşdirilmişdir. Həmin çəkilişlə bağlı bildiririk ki, respublika Prezidentinin müvafiq Sərəncamına əsasən uzunluğu 48 km olan 4 hərəkət zolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparmışdır. Bu zaman müəyyən olunmuşdur ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür. Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 05 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olmuşdur. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu isə sahibkarların etirazina səbəb olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol”adlanan ərazidə olmuş, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlamışlar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikəri üçün onlara çəkiliş etməyə icazə verilməmişdir. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirmişdir ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”.
Tərtər Rayon İcra Hakimiyyəti