BolgeXeber.Com » Bölgə » Hacıqabulun Muğan kəndində tədbir keçirilmişdir-FOTO

Hacıqabulun Muğan kəndində tədbir keçirilmişdir-FOTO

4-06-2021, 18:55
Oxunub: 4 088 Sabirabad Regional Mədəniyyət İdarəsinin həyata keçirdiyi Mədəni kənd - mədəni mühit layihəsi çərçivəsində Hacıqabul rayonunda da müvafiq işlər görülmüş və layihəyə start verilmidir. Bu layihə çərçivəsində ilk başlanğıc rayonun Muğan qəsəbəsindən olmuşdur. 04 iyun 2021-ci il tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Muğan qəsəbə kitabxana filialının və Mədəniyyət Mərkəzinin Muğan qəsəbə klubunun və Muğan qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə geniş tədbir təşkil olunmuşdur. Tədbirdə klubun və kitabxananın dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət geniş sərgiləri təşkil olunmuşdur. İstər dahi Nizami Gəncəvinin əsərlərinin, istərsədə digər yazarlarımızın əsərlərinin qəhrəmanlarının personajlarından ibarət səhnəciklər və rəqslər uşaqların ifalarında təqdim olunmuşdur. Həmçinin uşaqlardan ibarət xorun ifasında Vətən müharibəsi zamanı şəhid olan igidlərimizin xatirələrinə həsr olunmuş mahnılararda daxil digər kompozisiyalar təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində kənd mədəniyyət müəssisələri tərəfindən tədbirlər mütəmadi təşkil olunacaqdır.
Bolgexeber.com