BolgeXeber.Com » Bölgə » Tərtərdə “COVİD-19”-a qarşı peyvəndləmə prossesi davam edir-FOTO

Tərtərdə “COVİD-19”-a qarşı peyvəndləmə prossesi davam edir-FOTO

5-06-2021, 17:27
Oxunub: 3 792 “Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
Vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir.İndiyədək rayon sakinlərinə 18 min 267 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 274, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 6 min 993 nəfərdir.
Iyunun 5-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesinin gedişi ilə tanış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildiriblər.
Bolgexeber.com