BolgeXeber.Com » Bölgə » Tərtərdə selin fəsadları aradan qaldırılır-FOTO

Tərtərdə selin fəsadları aradan qaldırılır-FOTO

11-06-2021, 12:00
Oxunub: 2 800 İyunun 9-da saat 23:00-dan başlayaraq yağan güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərinə dəymiş ziyanın aradan qaldırılması üçün işlər aparılır.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından başlayaraq zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilib, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənib, şeben, qum-çınqıl materialı verilərək bərpa işləri aparılıb. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə gecə və gün ərzində mütamadi olaraq sel hadisəsi baş vermiş Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
Bolgexeber.com