BolgeXeber.Com » Bölgə » Ağsudan şikayət məktublarını yerli poçt işçiləri icra başçısına göndərir.
Ağsudan şikayət məktublarını yerli poçt işçiləri icra başçısına göndərir.
29-07-2013, 12:25
Oxunub: 5 397
Redaksiyamıza müraciət edən bir qrup Ağsu rayon sakini icra başçısı Ənvər Seyidəliyevlə bağlı «yuxarıların» qərarsızlığını anlaya bilmədiklərini söyləyirlər. Rayon sakini Elmar Səmədov dia.az-a yazır:
«Biz Ağsu sakinləri dəfələrlə rayondakıi özbaşınalıqlarla bağlı həm prezident İlham Əliyevə, həm Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, həm Milli Məclisin Oqtay Şirəliyevə və həm də baş nazir Artur Rəsizadəyə müraciətlər etmişik. Amma səsimizi eşidən yoxdur».
Sakinlər yazır ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla qohumluğuna güvənən Ənvər Seyidəliyev hətta Bakıya gedən şikayətlərin qarşısını da ala bilir: «Bu gün yerli poçtamtda bütün məktublar icra başçısının göstərişi ilə oxunur. Bu da o deməkdir ki, bizim şikayətlərimiz ünvanına çatmır.
Bizimlə söhbətində yerli poçtun işçiləri də bunu etiraf edirlər və başçıdan olan şikayət məktublarının icra başçıya göndərildiyini söyləyirlər. Biz də məcburuq ki, dərdlərimizi internet vasitəsilə yazaq. Bunun da nəticəsi olmur. Çünki dövlət rəhbərlərinə internetlə müraciətin qaydasını bilmirik. Və ona görə də portallar vasitəsilə Ağsu rayonundakı durumun nəzarətə götürülməsini ölkəmizin rəhbərliyindən xahiş edirik.
Biz prezident əvə dövlətimizə sadiq adamlarıq. Amma vəziyyət elə gətirib ki, müəyyən narazılıqları Ağsu sakinlərinin üsyan hazırlığı kimi təqdim edirlər. Bunun da yeganə səbəbkarı məhz icra başçısıdır».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər