BolgeXeber.Com » Bölgə » Salyanda şəhidlərin medalları ailələrinə təqdim olunmuşdur-FOTOLAR

Salyanda şəhidlərin medalları ailələrinə təqdim olunmuşdur-FOTOLAR

3-07-2021, 22:15
Oxunub: 3 752

Rayonda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin ailələrinə "Qarabağ" ordeni və "Vətən Müharibəsi Qəhrəmanı" medalları təqdim olunmuşdur

3 iyul 2021-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş şəhidlərin ailələrinə orden və medallar təqdim edilmişdir.