Balakəndə 5 şadlıq sarayının sahibi cərimələnib
21-07-2021, 13:49
Oxunub: 4 752
Balakəndə pandemiya qaydalarını pozan şadlıq sarayları cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb. Rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.
Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da analoji qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər